Mojo.az Banner
23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |     22:33 Rusiyalı tanınmış aparıcı həbs oluna bilər  |     21:30 Səlim Abbasovun evində yanğın oldu - VİDEO  |     21:22 İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı  |     21:17 Slovakiyadan hansı məhsulları alırıq? - AÇIQLAMA  |     21:10 Kartla ödənişlərin payı 70 faizə yaxınlaşıb  |     21:05 Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı  |     20:56 Şəhid Xudayar Yusifzadənin doğum günüdür  |     20:51 Almaniyada su böhranı: Qaydaları pozanlara 50 min avroya qədər cərimə  |     20:44 Ofisiant işləmək istəyirdilər, soyğunçuluq etdilər  |     20:38 Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah  |     20:30 Sakinlərlə obyekt sahibi arasında qalmaqal: "Mən icazə vermirəm ağlamağa!" (Video)  |     20:25 Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü  |     20:18 Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb  |     20:04 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?  |     19:48 Qusarda çətənə kolları yetişdirən şəxs tutuldu  |     19:36 Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi  |    
Left Banner
Right Banner

Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı

15.07.2026 18:56 207
Məhkəmə Bakıda Britaniya vətəndaşını şantaj edən qadınlarla bağlı qərar çıxardı
Ali Məhkəmədə Böyük Britaniya vətəndaşı Qrir Kristoferi (Greer Christopher) hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
pravdaaz-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Qrir Kristofer barəsində rüsvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər.

Elnarə ötən il martın 26-da Qriri Fəvvarələr meydanının yanında görüb. Britaniya vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. Elnarə həmin kişini mənzilinə aparıb. Orada Yasəmənlə birlikdə yatağa giriblər.

Amma cinsi aktı başa çatdıra bilməyiblər. Bu zaman Elnarə Qririn çılpaq fotolarını çəkib. Daha sonra isə onu şantaj ediblər. Hədə-qorxu yolu ilə Qrirdən 205 min 823 manat alıblar.

İstintaq orqanı tərəfindən Elnarəyə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmənə qarşı isə CM-in 178.2.1-ci maddəsi ilə ittihamlar elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnarə Nəsrəddinova 11 il müddətinə azadlıqdan məhrum edilib. Yasəmən Məmmədova isə 2 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Yasəmən Məmmədovaya 1 il 14 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Qeyd: Zərərçəkmiş Böyük Britaniya vətəndaşı Qrir Kristofer Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.скачать dle 11.3
Mojo.az Banner