Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iki qadın əcnəbi vətəndaşı ŞANTAJ ETDİ - MƏHKƏMƏ

15.07.2026 11:11 408
Bakıda iki qadın əcnəbi vətəndaşı ŞANTAJ ETDİ - MƏHKƏMƏ
Ali Məhkəmədə Böyük Britaniya vətəndaşı Qrir Kristoferi (Greer Christopher) hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Qrir Kristofer barəsində rüsvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər.

Elnarə ötən il martın 26-da Qriri Fəvvarələr meydanının yanında görüb. Britaniya vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib. Elnarə həmin kişini mənzilinə aparıb. Orada Yasəmənlə birlikdə yatağa giriblər.

Amma cinsi aktı başa çatdıra bilməyiblər. Bu zaman Elnarə Qririn çılpaq fotolarını çəkib. Daha sonra isə onu şantaj ediblər. Hədə-qorxu yolu ilə Qrirdən 205 823 manat alıblar.

İstintaq orqanı tərəfindən Elnarəyə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmənə qarşı isə CM-in 178.2.1-ci maddəsi ilə ittihamlar elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnarə Nəsrəddinova 11 il müddətinə azadlıqdan məhrum edilib. Yasəmən Məmmədova isə iki il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Yasəmən Məmmədovaya 1 il 14 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Qeyd edək ki, zərərçəkmiş Qrir Kristofer Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.

Son xəbərlər