Mojo.az Banner
18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı

15.07.2026 17:06 309
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
Şəmkir rayonunda kişi nisyə ərzaq ala bilmədiyi mağazanı yandırıb.

Hadisə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən ərzaq mağazasında baş verib.

Şəhər sakini Sabir Əzizov (adı və soyadı şərtidir) adıçəkilən ünvanda yerləşən ərzaq mağazasından 50 manatlıq ərzaq alıb və mağaza sahibinə bildirib ki, ayın sonunda aldığı müavinətlə həmin məbləği ödəyəcək. Ayın sonu o, yenidən mağazaya gəlib və əlavə nisyə ərzaq istəyib. Mağaza sahibi isə ona əlavə ərzaq verməyib. Bundan əsəbiləşən S.Əzizov mağaza sahibindən qisas almaq qərarına gəlib. O, gecə saatlarında spirtli içki qəbul edərək, mağazanın qarşısına gəlib. Mağazanın şüşəsini sındıran Sabir içəri daxil olub, orada vitrində olan spirtli içkiləri qıraraq yerə töküb, mağazaya od vurub və hadisə yerindən qaçıb. Nəticədə mağaza içərisində olan 46 min manatlıq məhsulla birlikdə yanıb.

Əraziyə polis əməkdaşları gəliblər və araşdırmalara başlanılıb. Aparılan araşdırmalar zamanı hadisəni S.Əzizovun törətdiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən S.Əzizov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə mağaza sahibi ilə təqsirləndirilən şəxs arasında barışıq elan edilib.

Məhkəmənin hökmü ilə S.Əzizov üç il azadlıqdan məhrum edilib. Məhkəmə tərəflər arasındakı barışığı nəzərə alaraq, S.Əzizov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və ona bir il sınaq müddəti təyin olunmaqla cəzasını şərti hesab edib.скачать dle 11.3
Mojo.az Banner