Mojo.az Banner
14:47 Bu ərazilərdə iyul pensiyaları ödənildi  |     14:38 Daha bir futbolçu "Qarabağ"dan gedir  |     14:33 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq  |     13:54 Altı ayda pensiya təyinatı aparılan şəxslərin SAYI AÇIQLANDI  |     13:20 Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin layihələndirilməsi zamanı hədlər müəyyənləşir  |     13:18 Prokuror "Beniz"ə ağır cəza istədi  |     12:58 Peter Pelleqrini: "Azərbaycan və Slovakiya arasında əməkdaşlıq konkret layihələrə çevrilir"  |     12:57 İcbari tibbi sığorta ilə bağlı YENİLİK  |     12:54 Məktəblərdə süni intellekt tətbiq olunacaq: İki milyon manat ayrılır  |     12:44 Qanunda dəyişiklik: 20 manatlıq dövlət rüsumu ləğv olundu  |     12:10 Bu marşrutun hərəkət istiqaməti dəyişdirilir  |     11:48 Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı  |     11:34 Köhnə avtomobili olanların nəzərinə - QAYDALAR DƏYİŞİR  |     11:29 Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək  |     11:04 Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı  |     23:02 Bu 4 bürc üçün şanslı dövr başlayır  |     22:57 "Qarabağ" bu dəfə DÇ-2026-nın iştirakçısını transfer edir  |     22:50 Rusiya bombaladı, 13 yaşlı idmançı öldü  |     22:44 Quşların azmadan minlərlə kilometr uçmasının sirri  |     22:39 Süni intellekt 55 yaşdan yuxarı işçilərin işdən çıxarılma ehtimalını artırır  |    
Left Banner
Right Banner

Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin layihələndirilməsi zamanı hədlər müəyyənləşir

14.07.2026 13:20 147
Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin layihələndirilməsi zamanı hədlər müəyyənləşir
Balıqçılıq sahəsində nəzarətlə bağlı yoxlamalar yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına daxil edilir.

Sözügedən məsələ Milli Məclisin bugünkü növbədənkənar sessiyasının iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud redaksiyada qida və yem məhsullarının təhlükəsizliyinə nəzarət istisna kimi nəzərdə tutulsa da, bu nəzarətin ilkin mərhələsini təşkil edən balıqçılıq fəaliyyəti birbaşa əhatə olunmur.

Təklif olunan əlavə qida təhlükəsizliyi sistemindəki bu normativ boşluğu aradan qaldıraraq nəzarətin "istehsaldan istehlaka qədər" prinsipi əsasında həyata keçirilməsinə hüquqi zəmin yaradır.

Qeyd olunur ki, balıqçılıq sahəsində hüquq pozuntuları (qanunsuz ovlanma, kvota pozuntuları) qısa müddətdə baş verdiyindən və nəticələri sürətlə genişləndiyindən, bu sahədə çevik nəzarət imkanının təmin edilməsi ekoloji tarazlığın, biomüxtəlifliyin və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının qorunması baxımından zəruridir.

Bununla yanaşı, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müəssisələrin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyi üçün də hədlər olacaq.

Sənədə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış müəssisələrin (təsərrüfatların) layihələndirilməsi zamanı aşağıdakı hədlər müəyyənləşib:

- Heyvandarlıq müəssisələri - yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün heyvanlar daxil olmaqla 5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzlu heyvana, digər dırnaqlı heyvanların (at, dəvə, donuz və s.) hər 1 başı isə 1 baş iribuynuzlu heyvana ekvivalent hesab olunmaqla, layihə üzrə heyvan saxlama tutumu 1 000 baş iribuynuzlu heyvan ekvivalentinə bərabər və ya ondan çox olduqda;

- Quşçuluq müəssisələri - yaşından asılı olmayaraq təsərrüfatda mövcud bütün quşlar daxil olmaqla (inkubasiya mərhələsində olanlar istisna edilməklə) 1 baş dəvəquşu 25 baş toyuğa, 1 baş hindquşu və ya qaz 5 baş toyuğa, 8 baş bildirçin 1 baş toyuğa, digər quş növlərinin hər 1 başı isə 1 baş toyuğa ekvivalent hesab olunmaqla, layihə üzrə quş saxlama tutumu 40 000 baş toyuq ekvivalentinə bərabər və ya ondan çox olduqda;

- Balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları - illik əldə olunan balıq məhsullarının, habelə balıq və digər su bioresurslarının ümumi çəkisi 500 ton və ya daha çox olduqda;

- Aqroparklar - nəzərdə tutulan fəaliyyət növlərinin hər biri üzrə və həmin fəaliyyət növləri üçün müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox olduqda.

Siyahının qüvvədə olan redaksiyasında energetika, nəqliyyat, meliorasiya və digər sahələr üzrə ƏMTQ tələbi konkret kəmiyyət meyarları ilə (300 MVt güc, 20 km uzunluq, 1000 ha sahə və s.) müəyyən edildiyi halda, aqrar sektor üzrə 27-ci və 34-cü maddələrdə "ixtisaslaşmış" və "irimiqyaslı" kimi kəmiyyət göstəricisinə bağlı olmayan terminlərdən istifadə olunur.

Nəticədə kiçik fermer təsərrüfatları iri sənaye tipli komplekslərlə eyni hüquqi rejimə düşür: fəaliyyət miqyasından asılı olmayaraq ƏMTQ sənədinin hazırlanması xərc və bir ilədək vaxt tələb edir ki, bu da kiçik və orta sahibkarlıq üçün ciddi inzibati və maliyyə yükü yaradır, sahənin investisiya cəlbediciliyini azaldır.

Layihədə tətbiq olunan yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Heyvandarlıq üzrə hədlər beynəlxalq səviyyədə qəbul edilmiş "Şərti Heyvan Vahidi" (Livestock Unit) metodologiyasına uyğun müəyyən edilmişdir; bu metodologiya FAO-nun və Dünya Bankının ekoloji qiymətləndirmə sənədlərində tövsiyə olunur.

Quşçuluq üzrə 40 000 baş həddi Avropa İttifaqının Sənaye Emissiyaları Direktivində (2010/75/EU, Annex I) intensiv quşçuluq üçün müəyyən edilmiş limitə tam uyğundur. Balıqçılıq və akvakultura üzrə miqyasdan asılı diferensial yanaşma Aİ-nin ƏMTQ Direktivinin (2011/92/EU), habelə Türkiyə (illik 1000 ton həddi), Norveç və Danimarka təcrübəsinin analoqudur.

Bildirilir ki, dəyişikliklərin qəbulu nəticəsində aqrar sahədə ƏMTQ-nin tətbiqi üzrə hüquqi müəyyənlik təmin ediləcək, subyektiv qiymətləndirmə aradan qalxacaq və inzibati orqanların qərarları proqnozlaşdırıla bilən olacaq.

Kiçik və orta təsərrüfatlar əsassız inzibati və maliyyə yükündən azad ediləcək, dövlətin nəzarət resursları real ekoloji risk yaradan iri istehsal komplekslərinə yönəldiləcək. Balıqçılıq sahəsində isə çevik nəzarət mexanizminin tətbiqi ekoloji, iqtisadi və ərzaq təhlükəsizliyi maraqlarının qorunmasını, bazarda sağlam rəqabət mühitinin formalaşmasını və beynəlxalq standartlara uyğun istehsalın təşviqini təmin edəcəkdir. Bütövlükdə layihə sahibkarlıq fəaliyyətinə dövlət müdaxiləsinin minimallaşdırılması prinsipi ilə strateji əhəmiyyətli sahələrdə effektiv nəzarətin təmin edilməsi arasında optimal hüquqi balans yaradır.

Qanun layihəsi müzakirələrdən səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.скачать dle 11.3
Mojo.az Banner