Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Freelancer"lər üçün yeni qaydalar: Vergi artırılır, yoxsa güzəşt edilir?

09.07.2026 15:04 969
Milli Məclisdə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə qanunvericiliyə ilk dəfə "frilanser" anlayışı daxil edilir. Layihə xüsusilə rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahəsində müstəqil çalışan şəxslərin hüquqi statusunu müəyyənləşdirməyi nəzərdə tutur. Bəs bu dəyişiklik frilanserlər üçün yeni vergi öhdəliyi yaradır, yoxsa onlara güzəştlər təqdim edir?

Yeni qaydalar frilanserlər üçün əlavə vergi öhdəliyi yaradırmı?

Jurnalist, dizayner, tərcüməçi, kopirayter və digər sərbəst çalışanlar bu anlayışa daxildirmi?

Bu dəyişiklik kölgə iqtisadiyyatının azaldılması məqsədi daşıyırmı?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran deputat Vüqar Bayramov bildirib ki, bütövlükdə Vergi Məcəlləsində "freelancer" kimi çalışan vətəndaşlarımız üçün vergi hüququ nəzərdə tutulub.



Deputatın sözlərinə görə, gəlir əldə edən vətəndaşlar təbii ki, həmin gəlirlərindən ödəniş edirlər. Amma bununla bağlı güzəştlər var. Belə ki, bu zaman gəlir vergisinin 75 faizindən azaddırlar. Bu o deməkdir ki, əldə etdiyi gəlirin cəmi 5 faizini ödəyirlər.

Vüqar Bayramov qeyd edib ki, "freelancer"lər və bu kateqoriya tədqiqatçılar, jurnalist kimi fəaliyyət göstərənlər, o cümlədən digər xidmətləri həyata keçirən vətəndaşlarımız məhz bu güzəştlərdən faydalana bilirlər. "Freelancer" beynəlxalq termindir və onun uyğunşaldırılmasından və Azərbaycanda tətbiqindən söhbət gedir. Ümumiyyətlə, istər bu termindən istifadə olunsun, istər də olunmasın - qeyri-rəsmi fəaliyyət göstərənlər vergiyə cəlb oluna bilmirlər. Məqsəd də ondan ibarətdir ki, xidmət göstərən vətəndaşlarımız qeyri-rəsmi fəaliyyət həyata keçirməsinlər.

"Vətəndaşların rəsmi olaraq fəaliyyəti tanınmalıdır. Eyni zamanda vergi uçotunda durmalıdır. Təbii ki, dövlət büdcəsinə əldə etdikləri gəlirlərin 5 faizini ödəsinlər. Çünki nəticədə güzəşt var. Vətəndaşların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunub. Bu o deməkdir ki, rəsmi qeydiyyatdan keçməklə, 5 faiz ödənilməsi mümkün olacaq", — deyə deputat açıqlayıb.

Deputat sonda vurğulayıb ki, burada fərqli sektorlar var. Vergi Məcəlləsi tərəfindən də bu sektorların siyahısı genişlənib. İstər rəqəmsal inkişafla bağlı xidmət, istərsə də digər vətəndaşlarımızla bağlı siyahının genişlənməsi və güzəştli siyahıya daxil olunması təbii ki, mümkündür. Çünki vergilər Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq siyahının genişləndirilməsini həyata keçirir. İqtisadiyyatın özünün çağırışları və hədəfləri var. Ona uyğun olaraq "freelancer" kimi fəaliyyət göstərən və güzəştdən istifadə edən vətəndaşlarımızın da siyahısında artım müşahidə olunur. Bu baxımdan da "freelancer" kimi fəaliyyət göstərən vətəndaşlarımız məhz güzəştdən istifadə etmək hüququna malikdirlər. Bu siyahı mütəmadi olaraq genişlənir və növbəti illərdə də bunu müşahidə edəcəyik.

Mövzu barədə Median.Az-a danışan iqtisadçı Xalid Kərimli isə deyib ki, indiki halda "freelancer"in məcəlləyə daxil edilməsi nəyisə dəyişməyəcək.



Xalid Kərimlinin sözlərinə görə,bu, onların nə vergi öhdəliyini azaldacaq, nə də artıracaq. Əslində "freelancer"lərin indi də vergi öhdəlikləri var. Amma "frelancer" anlayışının hüquqi çərçisini müəyyənləşdirəcək. Yəni, anlayışın tərifi veriləcək, hansı fəaliyyətlər bu ad altında gedir o müəyyənləşəcək. İnzibatçılıq baxımdan, hüquqi çərçivənin müəyyənləşdirilməsi baxımdan vacibdir.İqtisadçı qeyd edib ki, bu cür fəaliyyət göstərən insanlar çoxaldıqca, onların tərifinin də verilməsi lazımdır. Burada hər hansı verginin azaldılması və ya artırılmasından söhbət getmir. Gələcəkdə bəlkə də "freelancer"lərə xüsusi yanaşma olacaq. Amma bunun məcəlləyə cəlb edilməsi hər hansı bir vəziyyəti dəyişmir. Fərdi fəaliyyət göstərib kənardan xidmət müqaviləsi ilə çalışanların hüquqi rejimləri var idi. Fiziki şəxs şəklində sahibkarlığın hüquqi rejimi var. Bir növ "freelancer"lərin vergi məcəlləsi çərçivəsində hesab etmirəm ki, xüsusi bir rejimi müəyyənləşəcək. Yəqin ki, mikrosahibkarlıq fəaliyyətində dövriyyələrinə görə və yaxud da kiçik sahibkarlıq kimi fəaliyyət göstərəcəklər.

X. Kərimli sonda vurğulayıb ki, hər hansı bir dəyişiklik yoxdur. Sadəcə olaraq qeyri-rəsmi fəaliyyət göstərən şəxslərin hüquqi müstəviyə cəlb olunması prosesidir. Bir növ onların Vergi Məcəlləsi çərçivəsinə gətirilməsi prosesidir. Bu, əvvəllər də vardı. Ətrafa baxsanız, yüzlərlə-minlərlə "freelancer" vergidən qeydiyyatdan keçərək VÖEN alıb vergilərini ödəyirlər. Narahat olunası məsələ yoxdur. Sadəcə fəaliyyətini bu formada quran çox sayda insanlar var və onlar üçün anlayışın müəyyənləşdirilməsi prosesidir. Kölgə iqtisadiyyatının aşağı düşməsi məqsədi ilə həyata keçirilir.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər