Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?

02.07.2026 22:25 444
CV göndərən şəxs sonra zənglərə cavab vermirsə, məsuliyyətsiz namizəddir?
İşə qəbul prosesində şirkətlərin ən çox qarşılaşdığı problemlərdən biri vakansiyaya müraciət edən namizədlərlə əlaqə saxlamaqda yaşanan çətinliklərdir. Bir çox işəgötürənlər bildirirlər ki, CV göndərən şəxslər sonradan telefon zənglərinə cavab vermir, geri dönüş etmir və ya ümumiyyətlə, əlaqə yaratmaq mümkün olmur. Bu isə namizədin iş axtarışına və peşəkar yanaşmasına dair suallar yaradır.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov Valyuta.az-a bildirib ki, bu məsələyə yalnız namizədin məsuliyyətsizliyi kimi yanaşmaq düzgün deyil:

“Bu, hazırda əmək bazarında müşahidə olunan sistemli kommunikasiya problemlərindən biridir və məsələyə yalnız namizədin məsuliyyətsizliyi prizmasından yanaşmaq doğru olmaz. Bəzi hallarda namizədlər çoxsaylı vakansiyalara müraciət edir, prioritetləri dəyişir və ya naməlum nömrələrdən gələn zənglərə cavab vermirlər. Digər hallarda isə onlar iş prosesində olduqları, uyğun zamanda danışa bilmədikləri və ya zəngi gözdən qaçırdıqları üçün geri dönüş gecikir”.

Onun sözlərinə görə, işəgötürənlər namizədlə əlaqə yaratmaq üçün uzunmüddətli israr göstərməməlidirlər:

“Hesab edirəm ki, peşəkar işə qəbul prosesində bir və ya iki əlaqə cəhdi, ardınca isə şirkətin adını və müraciətin məqsədini əks etdirən qısa mesaj kifayət qədər düzgün yanaşmadır. Bundan sonra geri dönüş yoxdursa, prosesi digər namizədlərlə davam etdirmək daha səmərəlidir”.

Ekspert vurğulayıb ki, vakansiyaya müraciət edən hər bir şəxs də bu prosesə məsuliyyətlə yanaşmalıdır:

“CV göndərmək müəyyən öhdəlik yaradır. Əgər şəxs aktiv şəkildə iş axtarışındadırsa, daxil olan zəng və mesajları diqqətlə izləməli, cavab verə bilmədiyi hallarda isə ilk fürsətdə geri dönüş etməlidir. Bu, peşəkarlığın və işə münasibətin vacib göstəricilərindən biridir”.


Emil Hüseynov əlavə edib ki, sağlam əmək bazarının formalaşması qarşılıqlı etimada əsaslanır:

“Əmək bazarında etimadın və səmərəli işə qəbul prosesinin əsasında qarşılıqlı məsuliyyət dayanır. İşəgötürənlər şəffaf və peşəkar kommunikasiya qurmalı, namizədlər isə müraciətlərinə eyni səviyyədə məsuliyyətlə yanaşmalıdırlar. Məhz bu balans güclü və dayanıqlı əmək bazarının formalaşmasının əsas şərtidir”.

Son xəbərlər