Mojo.az Banner
17:03 Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır  |     16:53 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq  |     16:44 Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi  |     16:09 Ermənistana qorxu salan üç azərbaycanlı iddiası: MTX açıqlama yaydı  |     14:58 Beyləqanda məktəbdə şagirdlər zəhərləniblər  |     14:47 Həkimdən valideynlərə TƏCİLİ XƏBƏRDARLIQ: Bu iynəni uşağınıza vurduranda diqqətli olun!  |     14:40 Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - FOTO  |     14:32 Piyadanı vuran sürücü həbs oluna bilər? – Vəkildən AÇIQLAMA  |     14:28 Ucuz torpaq alıb ev tikənləri hansı təhlükələr gözləyir?  |     13:36 "Yandex"in data mərkəzi vuruldu  |     12:39 Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı  |     12:39 Bu işlərdə çalışanların ödündə daş yaranır  |     12:37 Ölkədə inflyasiya ilə bağlı son rəqəmlər açıqlandı  |     12:36 Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb  |     12:35 Doğulan və ölənlərin sayı açıqlandı  |     12:34 Əhalinin gəlirləri artıb - Foto  |     12:32 Tanınmış şirkətdə milyonyarımlıq yeyinti: Həbs edilən var  |     12:30 Azərbaycanda ortaaylıq əməkhaqqı artıb - Foto  |     12:29 Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"  |     12:26 Xaçmazda mağazada yanğın - Hadisə yerindən görüntülər (Video)  |    
Mojo.az Avto
Mojo.az Avto

Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb

09.09.2020 12:30 1 185
Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb
Sizə zəng edib susurlarsa, məqsəd sizin mövcudluğunuzu yoxlamaqdır. Robot üçün çağırışa verilən cavab səsi abonentin avtikliyinin təsdiqidir. Belə zəngə cavab verəcəyiniz an reklam ismarıcı səslənəcək.

“Praym”ın məlumatına görə, bu barədə Rusiya Keyfiyyət Sisteminin (“Roskaçestvo”) mütəxəssisi Alesya Borovikova bildirib.

“Bir qayda olaraq bank, mobil operator və ya başqa şirkətlə müqavilə imzaladığınız zaman bu cür zənglərə razılıq verirsiniz”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, fırıldaqçılar qurbanlarının məlumat bazasını yaratmaq üçün “qara bazar”larda satın alınan bütün nömrələrə kütləvi şəkildə zəng vurur, cavab verilməsini və ya geriyə zəngi əsas götürərək məlumat bazalarını yeniləyirlər.

“Zəngə cavab verərkən, çox güman ki, siyahıda nömrənin aktiv olduğunu təsdiqləyən işarə qoyulacaq, sonra dəstək asılacaq. Növbəti dəfə gələn zəng artıq tələ məqsədi daşıyacaq”, - deyə məlumatda bildirilir.

“Bəzən də naməlum nömrədən zəng gəlir və cavab gözləmədən dəstək asılır. Bu texnikanın məqsədi sizi geri zəng etməyə məcbur etməkdir”, - deyə əlavə edən mütəxəssis bu halda zəngin özünə görə pul silindiyi, ya da hansısa saxta xidmətin “satılmasına” cəhd edildiyi barədə xəbərdarlıq edib.

“Zərərə uğradığınız üçün məhkəməyə müraciət etdiyinizdə isə sizə özünüzün zəng etdiyinizi deyəcəklər”, - deyə o, bildirib.

Borovikova ümumiyyətlə tanımadığınız nömrələrdən gələn zənglərə cavab verməməyi tövsiyə edir.

“Əgər həqiqi şəxs sizinlə əlaqə qurmaq istəsə, o ikinci dəfə sizə zəng edəcək və ya başqa bir əlaqə yolu tapacaq - məsələn, SMS göndərəcək”, - deyə Borovikova sözlərini yekunlaşdırıb.скачать dle 11.3
Mojo.az Banner