Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Beş min dollarlıq yardım yalanına inandı, pullarını itirdi

17.06.2025 18:17 642
Beş min dollarlıq yardım yalanına inandı, pullarını itirdi
Gəncə şəhər sakini olan qadın dələduzluqla üzləşib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.

Onun sözlərinə görə, zərərçəkmiş qadın sosial şəbəkədə yardım topladığı zaman dələduzların qurbanına çevrilib.

Belə ki, naməlum nömrədən zəng edən şəxs özünü ABŞ-də yaşayan xeyriyyəçi kimi təqdim edərək, guya 5000 dollar yardım edəcəyini bildirib və bu məqsədlə qadından bank kartı məlumatlarını istəyib.

Qadın məlumatları qarşı tərəfə göndərdikdən sonra onun hesabındakı 3 146 manat talanıb.

Nazirlik vətəndaşlara növbəti dəfə müraciət edərək bu kimi hallarda ehtiyatlı olmağa çağırıb:

"Bank kartınızın nömrəsi, CVV/CVC kodu, istifadə müddəti və SMS-lə gələn birdəfəlik şifrələri heç kəslə heç bir halda paylaşmayın. Heç bir bank və ya xeyriyyəçi şəxsi kart məlumatlarınızı istəməz. Naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməyin. Şübhəli hallar zamanı dərhal bankınıza və polisə məlumat verin. Yardım etmək istəyən şəxs heç vaxt sizdən kart məlumatı istəməz, unutmayın, bu, dələduzların ən yayılmış üsuludur".

Son xəbərlər