Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu nömrədən gələn zəngləri açmaq TƏHLÜKƏLİDİR – VİDEO

29.10.2018 18:22 1 708
Bu nömrədən gələn zəngləri açmaq TƏHLÜKƏLİDİR – VİDEO
Yəqin ki, bəziləriniz səhər telefonunuzu açanda sizə yad olan, xarici ölkələrə aid nömrələrdən zəng gəldiyinin şahidi olumusunuz. Diqqətinizi cəlb edən nömrələrə təkrar zəng edərək maraqlandıqda isə artıq tələyə düşmüş olursunuz.

Belə ki, ya balansızından pul silinir ya da operator nömrənin təyin olunmadığını bildirir.

Median.Az ARB TV-yə istinadən xəbər verir ki, mobil telefona xarici ölkə nömrələri ilə zənglərin daxil olması adətən aktiv internet istifadəçilərində müşahidə olunur.

Çünki belə şəxslər müxtəlif saytlarda qeydiyyatdan keçir. Bəzi şirkətlər saytlarda qeydiyyatdan keçənlərə öz məhsullarını satmaq məqsədi ilə zənglər edir.

“Saytdan qeydiyyatdan keçdim. 1 həftə içində müxtəlif ölkə nömrəsi ilə mənə çoxlu zəng gəldi. Adama da maraqlı gəlir ki, xaricdən zəng gəlir. Sonra görürsən ki, eyni adamdı sadəcə sayta maraq çəkir”.

Bundan başqa müxtəlif ölkələrdə işbazlıqla məşğul olan şəbəkələr də mövcuddur. Onlar xüsusi qruplar halında fəaliyyət göstərərək müxtəlif ölkələrin vətəndaşlarına qısa zənglər edir, sonra onlar öz fırıldaqçı planlarını həyata keçirmiş olurlar.

Məsələ ilə bağlı mobil operatorlardan biri ilə əlaqə saxladıq. Qarşı tərəf belə zənglərin gəlməsi ilə bağlı müraciətlərin olduğunu bildirdi. Narahatedici zənglər gələrkən vətəndaş nömrəni qeyd etməli və mobil operatorlara zəng edilərək prosesin araşdırılmasını tələb etməlidir.

Mobil operatorlar tərəfindən xarici ölkələrdən gələn zənglərin qadağan edilməsi mümkün deyil. Bu səbəbdən istifadəçi diqqətli olmalı və belə zənglərə əhəmiyyət verməməlidir.

Son xəbərlər