Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının məşhur bazarı sökülür

26.06.2026 20:28 480
Bakının məşhur bazarı sökülür
Paytaxtda yerləşən "Suraxanı bazarı"nın söküntüsünə başlanılıb.

Median.Az
Manset.az-a istinadla bildirir ki, söküntüyə səbəb sözügedən ərazidən keçən dəmiryolu xəttinin bərpasıdır. Bununla bağlı bir neçə gün öncə ticarətlə məşğul olan şəxslərə xəbərdarlıq edilib.

Sayt məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda dəmiryol infrastrukturu üzrə nəzərdə tutulan işlərin icrasını davam etdirilir:

"Dövlət Proqramına əsasən, Yeni Suraxanı–Hövsan və Bakıxanov–Binə–Qala dəmir yolu xətlərinin bərpası işləri çərçivəsində bəzi tikililərin dəmir yolunun mühafizə zonasına düşməsi barədə aidiyyəti üzrə məlumat verilib. Mühafizə zonasında təhlükəsizliyin təmin edilməsi üçün müvafiq qurumlarla birgə iş aparılır".

ADY-dən verilən məlumatda qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində Zabrat–Maştağa–Bağlar xəttinin bərpası üzrə də işlər davam etdirilir.

Son xəbərlər