Mojo.az — elanlar
Son Xəbərlər
18:58 Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır  |     18:46 Sahil qəsəbəsində avtobusların hərəkət istiqaməti dəyişdirilir  |     18:43 Metropoliten rəisinə yeni müavin təyin olunub  |     18:37 Azərbaycanla bağlı dezinformasiya yayan jurnalist HƏBS EDİLDİ  |     18:28 Bakıda xəstəyə meyitdən ürək KÖÇÜRÜLDÜ  |     18:22 Dekorçu qadının “Rolex” qol saatını oğurlayaraq satdı, puluna “iPhone” aldı, restoranda xərclədi  |     18:20 Qubada avtomobili dövlət qeydiyyat nişansız idarə edən qazilər saxlanılıb.  |     18:18 Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu  |     18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?

20.06.2026 19:00 501
Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?
"2025–2026-cı tədris ilində təxminən 13 min tələbə təhsilini yarımçıq dayandırıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.

O, tələbələrin təhsildən ayrılmasının əsas səbəbləri kimi maddi çətinlikləri, təhsil haqqını ödəyə bilməməyi və davamiyyət problemlərini göstərib.

Ekspertin sözlərinə görə, təhsili yarımçıq qoyanlar arasında həm peşə, həm orta ixtisas, həm də ali təhsil müəssisələrinin tələbələri var:

"Bu rəqəm valideynlər üçün də ciddi siqnaldır. Bir çox valideyn düşünür ki, nə olur-olsun övladım mütləq tələbə olmalıdır. Lakin reallıq göstərir ki, bu yanaşma hər zaman nəticə vermir”.

Məzahir Məmmədli qeyd edib ki, bəzi hallarda tələbələr valideynlərin təkidi ilə təhsilə yönəldilsə də, sonradan maddi imkanların çatışmazlığı səbəbindən təhsildən imtina etməyə məcbur qalırlar:

"Valideynlər övladlarını oxumağa məcbur etməməli, onların maraq və bacarıqlarına uyğun istiqamət seçməlidirlər. Əks halda, tələbələr özləri təhsildən uzaqlaşır və daha çox peşə yönümlü sahələrə meyl edirlər”.

Ekspert bu vəziyyətin təkcə təhsil deyil, ümumilikdə sosial problem olduğunu vurğulayıb:

"Bu məsələ geniş ictimai müzakirəyə çıxarılmalı, həm sosial şəbəkələrdə, həm də ekspert platformalarında səbəblər ətraflı araşdırılmalıdır”.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə açıqlanan statistikaya əsasən, təxminən 13 min tələbə təhsilini yarımçıq dayandırıb.

Son xəbərlər