Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Məktəblərdə rüşvətə necə son qoyaq? - TƏKLİF

01.10.2024 21:44 1 329
Məktəblərdə rüşvətə necə son qoyaq? - TƏKLİF
"Valideyn və şagirdlərin müəllimləri təbrik etməsinin qarşısı alınmalıdır. Bunun üçün ilk növbədə valideynləri çəkindirmək lazımdır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli 5 oktyabr Müəllimlər günü ilə bağlı hədiyyə kompaniyasının təşkilindən danışarkən deyib.

Onun sözlərinə görə, müəllim günü ilə bağlı hədiyyə seçimləri və təklifləri valideynlərin yaratdığı "WhatsApp" qruplarında təşkil edilir:


"Bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi xüsusi tapşırıqlar verib. Bakı Şəhər Təhsil İdarəsi də ayrıca bir çağırış edib. Bu qədər çağırışdan sonra müəllimlərin bu məsələ ilə bağlı həsə umacağını düşünmürəm”.

Məzahir Məmmədli vurğulayıb ki, valideynlər bu hərəkəti ilə müəllimlərin adını qara siyahıya salırlar:

"Valideynlər durun artıq, siz bununla müəllimlərə problem yaradırsınız”.

Qeyd edək ki, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qurumdan bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri - maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.
скачать dle 11.3
Mojo.az Banner