Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Regionlarda internetin sürəti necədir?

17.06.2026 19:25 354
Regionlarda internetin sürəti necədir?
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet xidmətlərinin keyfiyyət göstəricilərinə dair genişləndirilmiş aylıq təhlillərinin may buraxılışını təqdim edib.

Ötən aydan başlayaraq İKTA-nın mütəmadi dərc etdiyi “Sabit Genişzolaqlı İnternet Xidmətləri üzrə Təhlil” hesabatı regionlar üzrə strukturlaşdırılmış formada təqdim olunur.

Yeni yanaşmanın məqsədi regionlar üzrə internet xidmətlərinin vəziyyətini daha şəffaf şəkildə göstərmək, istifadəçi təcrübəsinin müxtəlif coğrafiyalar üzrə müqayisəsini aparmaq və bazarda sağlam rəqabəti və xidmət keyfiyyətinin artırılmasını təşviq etməkdir.

Təqdim olunan göstəricilər istifadəçilərin könüllü şəkildə həyata keçirdiyi ölçmələr əsasında formalaşır və istifadəçi davranışı, cihaz xüsusiyyətləri, şəbəkə şəraiti və ölçmə intensivliyi kimi amillərdən asılı olaraq dəyişə bilər. Bu səbəbdən nəticələr ümumi tendensiyaların qiymətləndirilməsi məqsədilə istifadə olunur.

Bununla da İKTA elektron kommunikasiya və poçt xidmətləri üzrə məlumat əsaslı monitorinq və analitik hesabatlılıq alətlərinin əhatə dairəsini daha da genişləndirib.

Hazırda Agentlik aşağıdakı istiqamətlər üzrə mütəmadi indeks və təhlilləri ictimaiyyətə təqdim edir:

sabit genişzolaqlı internet xidmətləri üzrə median sürət təhlili;

internet xidmətləri üzrə şikayət indeksi;

operator və provayderlərin müraciətləri orta cavablandırma müddəti üzrə indeks;

poçt xidmətləri üzrə şikayət indeksi;

poçt operatorlarının müraciətləri orta cavablandırma müddəti üzrə göstəricilər.

Bu yanaşma telekommunikasiya və poçt sektorlarında şəffaflığın artırılması, istifadəçi təcrübəsinin ölçülməsi və məlumat əsaslı tənzimləmə mexanizmlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

İnternet xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində beynəlxalq təcrübəyə uyğun yanaşmaların tətbiqi və məlumatların analitik əsasda ictimaiyyətə təqdim olunması davam etdiriləcək.

Son xəbərlər