Mojo.az Banner
17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |     16:40 Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?  |     14:46 Avqustun istisində sağlam qalmağın 10 yolu  |     14:43 Tovuzda qadın qətlə yetirildi: Qardaşı oğlu tutuldu  |     14:31 Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM  |     14:07 Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı - YENİ TƏYİNAT  |     13:18 Media və Yayım Şurasının strukturu təsdiqlənib  |     12:57 Azərbaycanlı sahibkar Rusiyada məhkəməyə verildi - Keçmiş şirkətindən Şahlar Novruzova İTTİHAM  |     12:39 Ər və arvadın yanaraq öldüyü hadisə QƏSDƏN törədilibmiş - Saxlanılan var (Yenilənib)  |     12:25 Azərbaycanda icra başçısı olmayan rayonlar  |     12:17 Bakının mərkəzində binada yanğın başlayıb, sakinlər təxliyə edilib - YENİLƏNİB (VİDEO)  |     12:02 Mənzillərində istilik sistemi ilə bağlı təmir işləri aparanlara XƏBƏRDARLIQ  |     11:46 Bakıda 36 yaşlı kişi evində ölü tapıldı  |     11:36 Naxçıvanda gecə saatlarında kanalda batan şəxs xilas edildi  |     11:34 Zərdabda qəsdən yanğın törədən şəxs cəzalandırıldı  |     11:05 Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır  |     10:59 "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirildi  |     23:02 Avtobuslarda məhz buna görə əks istiqamətli oturacaqlar var imiş  |     22:57 Motosikletlə “Mercedes” toqquşdu - Kuryer xəsarət aldı  |     22:50 Azərbaycanda yetişir, amma ən çox fransızlar yeyir  |    
Left Banner
Right Banner

Azərbaycanda telekommunikasiya üzrə şikayətlərin yarısı internetlə bağlıdır

19.12.2025 20:03 762
Azərbaycanda telekommunikasiya üzrə şikayətlərin yarısı internetlə bağlıdır
Bu ilin noyabr ayında "E-Şikayət" sisteminə telekommunikasiya ilə bağlı daxil olan şikayətlərin 50 %-i sabit internet xidmətlərini əhatə edib.

Median.Az
bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir.

2023-cü ilin noyabrında qurumun yaratdığı "E-Şikayət" sisteminə ötən ay telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 484 şikayət daxil olub. Bu müraciətlərin 48,2 %-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 34,9 %-i mobil internet və rabitə xidmətləri, 16,9 %-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb. Bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 16 şikayət daxil olub. Bu müraciətlər ümumilikdə 54 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə noyabr ayı ərzində "E-Şikayət" sisteminə 402 müraciət daxil olub. Bu müraciətlərin 50 %-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 42,1 %, telefon rabitəsi üzrə isə 7,9 %-dir.

İnternet (GPON, ADSL və s.) xidməti üzrə ilk 2 yeri 24,9 %-lə xidmətin işləməməsi və ya onun keyfiyyəti ilə əlaqədar olan müraciətlər təşkil edir. 3-cü yerdə 8 %-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər əks olunur. Bu kateqoriya əsasən təchizatçıların istehlakçılarla davranışında və ya onların xidmət mərkəzlərində yaranan problemlərlə bağlı şikayətləri əks etdirir.

Telefon rabitəsi xidməti üzrə daxil olan müraciətlər xidmətin işləməməsi (2,74 %), xidmətin dayandırılması (1,74 %) və infrastruktur ilə bağlı (1,24 %) əsas kateqoriyalara ayrılıb.

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 1,24 %-lə tariflər, 0,5 %-lə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlər və izahlı qaimələrin əldə edilməsi barədə qeydə alınıb.

Poçt rabitəsi xidmətləri üzrə noyabr ayı ərzində 82 müraciət daxil olub. Bu da sistemə daxil olan ümumi şikayətlərin 16,9 %-ni əhatə edir. Poçt rabitəsi xidmətlərində müraciətlərin 73,2 %-i poçt göndərişlərinin gecikdirilməsi, çatdırılmaması və ya itirilməsi barədə olub. 7,3 % müraciətlər müştəri xidmətləri, digər 19,5 % isə ödənişlər, poçt rabitəsi operatorunun yerləşdiyi obyektin vəziyyəti, istifadə olunan proqram təminatının işləkliyi barədə qeydə alınıb. Ümumilikdə isə müraciətlərin 68,30 %-i sürətli poçt xidmətləri, 31,70 %-i universal poçt xidmətləri barədə olub.

Müraciət edərkən ünvan olaraq vətəndaşların 55,17 %-i Bakını, 7,64 %-i Sumqayıtı, 7,02 %-i Abşeron – Xırdalan ərazilərini seçiblər. Daxil olan müraciətlərin 80,8 %-də vətəndaşlar 10 bölgəni (Bakı, Sumqayıt, Abşeron – Xırdalan, Gəncə, Cəlilabad, Lənkəran, Göygöl, Masallı, Xaçmaz, Ağsu) ünvan olaraq qeyd ediblər.

Sistem üzərindən noyabr ayı üzrə 91,1 % kişi, 8,9 % qadın müraciət edib.скачать dle 11.3
Mojo.az Banner