Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq? - AÇIQLAMA

13.06.2020 14:04 1 352
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq? - AÇIQLAMA
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi günlərində (14-15 iyun) ölkə vətəndaşlarının nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə zəruri tədbirləri davam etdirir.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumata görə, bu məqsədlə tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin, telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

Xüsusi karantin rejimi günlərində nazirliyə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər sabit telefon və genişzolaqlı internet xidmətlərinin fasiləsiz işini təmin edəcək.

Vətəndaşlardan fasiləsiz fəaliyyət göstərən 155, 170 nömrəli “Vahid Çağrı Mərkəzi”nə və nazirliyin 1655 nömrəli “Qaynar xətti”nə daxil olan müraciətlər anında emal edilərək, aidiyyəti struktur bölmələrə yönləndirilir.

Eyni zamanda, müraciətlər nazirliyin və qurumların elektron poçt ünvanları və sosial media hesabları vasitəsilə elektron qaydada qəbul olunur.скачать dle 11.3

Son xəbərlər