Mojo.az — elanlar
Son Xəbərlər
16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |     12:43 Sabah üç rayon və bir şəhərdə qaz olmayacaq  |     12:27 Qaxda iki dost məktəbli qıza təcavüz etdi - Təfərrüat  |     12:19 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb  |     12:17 Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı - Foto  |     12:00 Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib  |     11:45 Bakının mərkəzindəki restoranda yanğın - Video  |     11:38 Donuz piyinin şəfa verdiyi doğrudurmu? — Vacib məqamlar  |     11:36 Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb  |     11:34 Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi  |     11:21 Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi başa çatdı - Video  |     11:16 Azərbaycanın bəzi ərazilərinə qar yağıb - Faktiki hava  |     23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib

16.04.2024 20:50 792
Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) fəaliyyətləri barədə məlumat təqdim etməkdən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-ləri cərimələnib.

Bu barədə İKTA məlumat yayıb.

Bildirilir ki, adıçəkilən provayderlər barəsində İnzibati Xətalar Məcəlləsinin 370-2.1-ci maddəsinə (telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmaması) uyğun olaraq cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında məhkəmə qərarları qəbul edilib.

İKTA bir daha vurğulayır ki, sahə üzrə məlumatların toplanması telekommunikasiya xidmətləri bazarında təhlillərin aparılması və xidmət bazarlarının formalaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsində mühüm əhəmiyyət kəsb edir.

"Sorğulara vaxtında, tələb edilən qaydada və ətraflı cavab verməyən və qanunla üzərilərinə qoyulmuş digər öhdəlikləri icra etməyən operator və provayderlərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi istiqamətində işlər davam etdiriləcək", - məlumatda deyilir.

İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
//report

Son xəbərlər