Mojo.az Banner
13:46 Ucuzluq bizi aldadır? – Endirimlərin görünməyən tərəfi  |     13:36 "Roşka"ya cəza istənildi  |     13:19 Suda boğulanlarla bağlı SON STATİSTİKA - Neçə nəfərin cəsədi tapılıb?  |     12:59 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı  |     12:51 Hakerlər Pentaqonun üç milyon əməkdaşının məlumatlarını ƏLƏ KEÇİRİB  |     12:28 Növbəti dövrdə manatın məzənnəsi necə olacaq?  |     12:23 Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü  |     12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Telekommunikasiya operatorları və provayderlərin NƏZƏRİNƏ: Gec cavab versələr cərimələnəcəklər - MƏBLƏĞ

18.06.2020 16:53 1 413
Telekommunikasiya operatorları və provayderlərin NƏZƏRİNƏ: Gec cavab versələr cərimələnəcəklər - MƏBLƏĞ
Telekommunikasiya operatoru və provayderi tərəfindən sorğuların müəyyən edilmiş müddətdə cavablandırılmamasına görə cərimələr müəyyənləşir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 370-2-ci maddənin əlavə olunması təklif edilir.

Nəzərdə tutulan maddənin pozulmasına görə vəzifəli şəxslərin 300 manatdan 500 manatadək, hüquqi şəxslərin 100 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Eyni hal inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar olunarsa, bu zaman cərimə məbləğləri artırılır.

Bu zaman vəzifəli şəxslərə 500 manatdan 700 manatadək, hüquqi şəxslərə isə 1500 manatdan 2500 manatadək cərimə tətbiq olunacağı təklif edilir.

“Telekommunikasiya haqqında” qanuna əsasən, telekommunikasiya operatorları və provayderlər müvafiq icra hakimiyyəti orqanının, məhkəmələrin və hüquq-mühafizə orqanlarının sorğularına üç iş günündən az olmayaraq cavab verməlidir.

Qanun layihəsi Milli Məclisin iyunun 19-da keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

//oxu.az
скачать dle 11.3
Mojo.az Banner