Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda uşaq parkı acınacaqlı vəziyyətdə: Sakinlər narazıdırlar - Video

17.06.2026 11:31 522
Bakıda uşaq parkı acınacaqlı vəziyyətdə: Sakinlər narazıdırlar - Video
Bir vaxtlar sakinlərin istirahət üçün üz tutduğu park hazırda baxımsız vəziyyətdədir. Uşaqların əylənməsi üçün nəzərdə tutulan yelləncəklər və attraksionlar sıradan çıxıb. Parkın əhəmiyyətli hissəsinin kommersiya obyektləri tərəfindən zəbt edildiyi iddia olunduğundan sakinlər burada rahat şəkildə istirahət edə bilmədiklərini bildirirlər.

Mövzu ilə bağlı "Azad Azərbaycan" (ATV) telekanalı videomaterial hazırlayıb.

Söhbət Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində yerləşən uşaq əyləncə parkından gedir. Sakinlərin sözlərinə görə, parkda uzun müddətdir lazımi təmir və təmizlik işləri aparılmır. Nəticədə ərazi baxımsız vəziyyətə düşüb. Mövcud şəraitin əlverişsiz olması səbəbindən valideynlər uşaqlarını istirahət üçün başqa parklara aparmağa məcbur qalırlar ki, bu da əlavə vaxt itkisi və narahatlıq yaradır.

"Bəzən burada içkili şəxslər otururlar. Bura uşaq parkıdırsa, uşaqlar əylənməlidir. Uşaqlar harada oynasınlar?" - deyə sakinlərdən biri bildirib.

Parkdakı qurğuların bir hissəsinin taxta elementləri sınıb, bəziləri isə tamamilə istifadəyə yararsız vəziyyətə düşüb. Sakinlər hesab edirlər ki, bu vəziyyət uşaqlar üçün təhlükə yarada və xoşagəlməz hadisələrə səbəb ola bilər.

Məsələ ilə bağlı Bakıxanov bələdiyyəsindən bildirilib ki, parkda yerləşən əyləncə qurğuları bəzi hallarda sakinlər tərəfindən düzgün istifadə olunmadığı üçün tez-tez sıradan çıxır. Bununla belə, yararsız vəziyyətə düşən qurğuların mütəmadi olaraq təmir edildiyi və yenidən istifadəyə yararlı hala gətirildiyi qeyd olunub.

Son xəbərlər