Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı |
Mojo.az Avto
Mojo.az Avto

"Zibilin iyindən evdə yata bilmirik" - Bakıda baxımsız qalan park (VİDEO)

10.01.2026 21:44 885
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Yay parkı" uzun müddətdir ki, baxımsız vəziyyətdədir.

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə sakinlər bildiriblər ki, nəzarətsizlik səbəbindən ərazidə evsiz şəxslər gecələyir, park isə məişət tullantıları ilə doludur. Nəticədə, kəskin qoxu ətrafa yayılır və bu vəziyyət sakinlər üçün həm antisanitar, həm də təhlükə yaradır. Parkı təmizləmək lazımdır, amma təmizləyən yoxdur. Evsizlərin bütün zir-zibili buradadır. Natəmizlikdir, parka istirahət etməyə çıxmaq istəyirik, amma mümkün deyil", - sakinlərdən biri bildirib.

Digər sakin isə qeyd edib:

"Burada itin, evsizlərin, oğruların, narkomanların əlindən yaşamaq mümkün deyil. Zibilin iyindən evdə yata bilmirik. Buranı park vəziyyətinə salsınlar ki, camaat zibilxanadan qurtulsun".

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi xüsusi mülkiyyətdə olmasına baxmayaraq, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən mütəmadi olaraq tullantılardan təmizlənir.

Qurumdan həmçinin qeyd olunub ki, son müraciətlə əlaqədar hazırda ərazidə təmizlik işləri aparılır.

Son xəbərlər