Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq?

16.06.2026 22:24 450
Yeni sığorta qaydaları: Kimlərin xərci artacaq, kimlər güzəşt qazanacaq?
İyunun 16-dan etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydalarında mühüm dəyişikliklər qüvvəyə minib. Yeni qaydalara əsasən, uzun illər tətbiq edilən Bonus-Malus sistemi ləğv edilərək onun yerinə Sığorta Tarixçəsi Əmsalı sistemi tətbiq olunur. Dəyişikliklərin əsas məqsədi sürücülərin sığorta davranışını daha dəqiq qiymətləndirmək və sığorta haqlarını fərdi risklərə uyğun müəyyənləşdirməkdir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov Trend-ə açıqlamasında bildirib ki, yeni sistemlə Bonus-Malus sistemi arasında ciddi fərqlər mövcuddur.

"Bonus-Malus sistemi ilə yeni sistemin fərqi ondan ibarətdir ki, sürücünün sürücülük təcrübəsi, avtomobilin istehsal ili, sürücünün qeydiyyatda olduğu şəhər nəzərə alınırdı. Bonus-Malus sistemində də müəyyən güzəştlər tətbiq edilirdi. Məsələn, sürücü ötən il ərzində qəza törətməyibsə, sığorta şirkətinə ziyan vurmayıbsa, növbəti il həmin avtomobil üçün müəyyən endirimlər təklif edilə bilirdi. Sığorta Tarixçəsi Əmsalı sistemində isə əgər sürücü ötən il ərzində qəza törədibsə və sığorta şirkəti buna görə ödəniş həyata keçiribsə, həmin avtomobilin növbəti icbari sığorta haqqı 30 faiz artıq olacaq. Burada əsas məqsəd sığorta risklərini azaltmaq və sürücüləri yollarda daha diqqətli olmağa təşviq etməkdir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, qəza törətməyən sürücülər üçün isə stimullaşdırıcı mexanizm nəzərdə tutulub.

"Qəza etməyən sürücüyə sığorta haqlarında 5 faizlik güzəşt tətbiq ediləcək. Bu, stimullaşdırıcı addım kimi dəyərləndirilə bilər. Sığorta Tarixçəsi Əmsalı sistemi, fikrimcə, yollarda qəza risklərinin azalmasına təsir göstərəcək. Eyni avtomobili etibarnamə ilə bir neçə sürücü idarə edirsə, sürücülər arasında ən riskli olanın sığorta göstəriciləri ümumi hesablamaya təsir etməlidir. Eyni avtomobili bir neçə nəfərin idarə etməsi də ciddi risklər yaradır. Yeni sistemdə bu detal məhz sığorta şirkətlərinin risklərini azaltmağa yönəlib”, - deyə Eldəniz Cəfərov qeyd edib.

Ekspert vurğulayıb ki, ilk dəfə avtomobilini sığorta etdirən şəxslər üçün hər hansı əlavə məhdudiyyət və ya üstünlük nəzərdə tutulmur.

"İlk dəfə avtomobilini sığorta edən şəxslər üçün hər hansı məhdudiyyət və ya üstünlük yoxdur. Standart qaydada avtomobilin icbari sığortası həyata keçiriləcək. İcbari sığorta satan şirkətlər heç bir sürücüyə sığorta verməkdən imtina edə bilməz. Yeni sistemin tətbiqinin zərurəti də müəyyən mənada bundan irəli gəlirdi. Əvvəllər bəzi sığorta şirkətləri taksi kimi istifadə olunan nəqliyyat vasitələrini sığortalamaqdan imtina edir, hətta onlayn sığorta bazalarını bağlayırdılar. Bəzi hallarda kiçik mühərrikli avtomobillərin də sığortalanmasından yayınırdılar. Halbuki bu, qayda pozuntusudur. Şirkətlər bunu həmin nəqliyyat vasitələrinin daha çox risk daşıması və tez-tez qəzaya düşməsi ilə əsaslandırırdılar. Bundan sonra isə heç bir icbari sığorta şirkəti sığortalamaqdan imtina edə bilməyəcək. Çünki yeni sistemdə sığorta riskləri nəzərə alınıb”, – deyə o bildirib.

Eldəniz Cəfərov əlavə edib ki, sürücü qəza törətdikdən sonra məsələni sığorta şirkətinə müraciət etmədən öz hesabına həll edərsə, bu hal sığorta hadisəsi kimi qeydə alınmayacaq.

"Sığorta tarixçəsinin formalaşdırılması və yenilənməsi çox sadə prosesdir. Əgər sürücü qəza edib, lakin zərərin ödənilməsi üçün sığorta şirkətinə müraciət etməyib və məsələni öz hesabına həll edibsə, bu artıq sığorta hadisəsi sayılmır. Belə olan halda gələcəkdə sürücüdən əlavə 30 faiz sığorta haqqı tələb oluna bilməz. Yeni sistemin nəqliyyata təsirini isə 3-6 aydan sonra daha aydın şəkildə görə biləcəyik”, – deyə ekspert vurğulayıb.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə yeni sistemlə yanaşı, icbari sığorta ödənişlərinin məbləğinin artırılmasının vacibliyinə diqqət çəkib.

"Sığorta ilə bağlı narahatedici məqam şirkətlərin ödəniş məbləğinin artırılmamasıdır. İllərdir ki, həmin məbləğ 5000 manatı keçmir. Halbuki 5000 manat artıq əvvəlki dəyərində deyil”, - deyə o bildirib.

Ekspert yeni sistemdə müəyyən mübahisəli məqamların da olduğunu qeyd edib.

""Sığorta Tarixçəsi Əmsalı sistemində sual doğuran məqamlar var. Məsələn, eyni avtomobili etibarnamə ilə başqa bir şəxs bir-iki gün idarə edib qəza törədərsə, növbəti il sığorta haqqının artması həmin avtomobildən daim istifadə edən şəxsin üzərinə düşəcək. Bu məsələ müəyyən suallar doğurur”, - deyə Elməddin Muradlı əlavə edib.

Son xəbərlər