Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Gilas hansı xəstəliklərdən qoruyur?

13.06.2026 22:58 477
Gilas hansı xəstəliklərdən qoruyur?
Gilas insan orqanizmindəki müxtəlif sistemlərin işini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

Bunu lenta.ru-ya rusiyalı nutrisioloq-endokrinoloq Dariya Xaykina deyib.

Mütəxəssis bu dadlı giləmeyvənin diqqətdən kənarda qalan xüsusiyyətləri barədə bunları bildirib:

Antosianin zənginliyi: Gilasın ən önəmli üstünlüklərindən biri tərkibində antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik təbii birləşmələrin - antosianinlərin bol olmasıdır. Məhz bu maddələr giləmeyvəyə parlaq rəng verir. Gilasın müntəzəm yeyilməsi iltihabi proseslərin şiddətini azaltmağa kömək edir və oynaqlarda narahatlıq hiss edən insanlar üçün xüsusilə faydalıdır.

Ürək-damar sisteminə dəstək: Gilas ürək-damar sisteminə müsbət təsir göstərir. Bu, qan təzyiqini normal səviyyədə saxlamaq və ürək əzələsinin sağlam fəaliyyətini təmin etmək üçün vacib mineral hesab edilən kaliumun yüksək miqdarda olması ilə əlaqədardır.

Artıq mayenin xaric edilməsi: Gilas bədəndəki artıq mayenin təbii yolla xaric olunmasını dəstəkləyir ki, bu da ürək və qan damarlarına düşən yükü yüngülləşdirir. Üstəlik, bu proses olduqca mülayim şəkildə baş verir və digər vacib mikroelementlərin itirilməsi ilə nəticələnmir.

İmmunitetin möhkəmlənməsi: Sözügedən giləmeyvə immun sistemi üçün də eyni dərəcədə qiymətlidir. Onun tərkibində immunitetin fəaliyyətində iştirak edən, orqanizmin xəstəliklərdən, emosional gərginlikdən və ağır fiziki yorğunluqdan sonra daha tez bərpa olunmasına kömək edən C vitamini, sink və beta-karotin kimi maddələr mövcuddur.

Son xəbərlər