Mojo.az Banner
18:29 Əlindəki telefonu qəsdən hərəkətdə olan avtomobilə vuraraq pul tələb edən şəxs SAXLANILDI - VİDEO  |     17:51 Sabah bu ərazilərdə qaz olmayacaq  |     16:55 ABB kartlarında nə baş verir? - Vəsaitlər silinir (FOTO)  |     16:50 Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)  |     15:46 Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər  |     15:02 Bakıda ağır qəza: Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     14:31 Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ - SƏBƏB  |     14:24 Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR  |     13:21 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI - FOTO  |     13:00 Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? – Ali Məhkəmədən izah  |     12:28 ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR  |     12:18 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     12:01 Azərbaycanda kasko sığortası ilə bağlı YENİLİK  |     11:50 "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?  |     11:43 Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib  |     11:24 Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     11:09 Kəşfiyyat orqanlarına edilən kiberhücumlar məxfi saxlanılacaq  |     23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |    
Left Banner
Right Banner

Hamının sevdiyi qarğıdalının orqanizmə faydası

19.06.2025 22:33 873
Hamının sevdiyi qarğıdalının orqanizmə faydası
Balanslı və sağlam qidalanma insan orqanizminin normal fəaliyyəti və xəstəliklərdən qorunması üçün mühüm rol oynayır.  Ona görə də qidalanarkən təbii və qida dəyəri yüksək olan məhsulların seçilməsi vacibdir. Qarğıdalı bu baxımdan çox faydalı bitkidir. Tərkibində zəngin miqdarda lif, vitaminlər, minerallar və antioksidantlar olduğu üçün bir çox xəstəliklərin qarşısının alınmasında və ümumi sağlamlığın qorunmasında əhəmiyyətli rol oynayır.

Median.Az qarğıdalının isan orqanizminə faydaları haqqında məlumatları təqdirm edir:

Qarğıdalı həzm sisteminə dəstək olur

Qarğıdalı xüsusilə həll olmayan liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini gücləndirir, qəbizlik problemini aradan qaldırmağa kömək edir və sağlam mikrobiotanın formalaşmasına şərait yaradır. Davamlı olaraq lifli qidaların qəbulu kolon xərçəngi kimi bəzi xəstəliklərin riskini də azalda bilər.

Göz sağlamlığını qoruyur

Qarğıdalı tərkibində lutein və zeaksantin adlı iki əsas karotenoid mövcuddur. Bu maddələr xüsusilə gözün sarı nöqtəsində toplanır və zərərli ultrabənövşəyi şüalardan qoruma funksiyasını yerinə yetirir. Araşdırmalara əsasən, bu antioksidantlar yaşa bağlı makula degenerasiyası və katarakta riskini azaldır.

Ürək üçün faydalıdır

Qarğıdalıdakı lif və kalium miqdarı ürək-damar sisteminə müsbət təsir göstərir. Kalium, qan təzyiqinin tənzimlənməsinə yardım edir, lif isə pis xolesterinin (LDL) səviyyəsini aşağı salaraq damar tıxanıqlığının qarşısını alır. Beləliklə, mısır infarkt və insult riskini azalda bilər.

Antioksidant baxımından zəngindir

Qarğıdalı sarı rəngini təbii karotenoidlərdən alır. Bu maddələr bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnmələrinin qarşısını alır. Antioksidantlar xərçəng, iltihabi xəstəliklər və erkən qocalma proseslərinə qarşı qoruyucu rol oynayır.

Qan şəkərinin tənzimlənməsinə kömək edir

Qarğıdalının qlisemik indeksi nisbətən aşağıdır və lif tərkibi sayəsində şəkərin qana yavaş keçməsini təmin edir. Bu xüsusiyyət diabet riskinin azalmasına və şəkər xəstələrinin qan şəkərini daha stabil saxlamağa kömək edə bilər.

Qlütensiz olduğu üçün geniş istifadə imkanına malikdir

Qlütensiz olması səbəbindən qarğıdalı r, çölyak xəstələri və qlütenə qarşı həssaslığı olan şəxslər üçün ideal bir qida mənbəyidir. Bu xüsusiyyət həmçinin bəzi autoimmun və həzm pozğunluqları olan insanlarda simptomların yüngülləşdirilməsinə dəstək verir.

Qarğıdalı yalnız enerji mənbəyi deyil, eyni zamanda sağlamlığa faydalı funksional qidadır. Lif, vitamin, mineral və antioksidant zənginliyi onu sağlam qidalanma planlarında önəmli yerə çıxarır. Elmi sübutlarla təsdiqlənmiş bu xüsusiyyətləri sayəsində qarğıdalı həm profilaktik, həm də dəstəkləyici müalicəvi vasitə kimi gündəlik menyularda yer ala bilər.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner