Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

İnsan sağlamlığı üçün vacib olan yeddi qidanı tanıyaq! - VİDEO

29.12.2023 12:07 1 773
İnsan sağlamlığı üçün vacib olan yeddi qidanı tanıyaq! - VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hər kəsə sağlam və faydalı qida məhsullarından istifadə olunmasını tövsiyə edir. İnsan sağlamlığı üçün vacib hesab olunan əsas 7 qida isə aşağıdakılardan ibarətdir:

Balıq: Balıq məhsulları Omeqa-3 yağ turşuları, eləcə də bir çox mineral və vitaminlərlə zəngindir. Bu məhsullar diqqət pozğunluğu, bağırsaq və digər xəstəliklərin yaranma riskini azaldır. Həmçinin beynin funksiyalarını yaxşılaşdırır, ürəyin sağlam olmasına kömək göstərir və sümüklər üçün faydalıdır. Balığın tərkibindəki zülal digər zülallara nisbətən tez həzm edilir.

Yumurta: "Təbii multivitamin" adlandırılan yumurta rasionumuzda mühüm yer tutur. Ortaölçülü iki yumurtanın tərkibində gündəlik D vitamini ehtiyacımızın 82, fol turşusu ehtiyacımızın 50, B2 vitamini ehtiyacımızın 25, selen ehtiyacımızın isə 40%-i mövcuddur. Yumurta, həmçinin A, E, B5, B12 vitaminləri, dəmir, yod və fosforla zəngindir. 13 əsas vitamin və mineralla zəngin olan bu qida Omeqa-3 yağ turşuları və antioksidantlar da ehtiva edir.

Göyərtilər: Göyərtilər vitaminlərlə, üzvi turşularla, xüsusilə də, karotin, C, B qrup vitaminləri və fitonsidlərlə zəngindir. Bu məhsullar ürək-damar xəstəlikləri və piylənmə riskini azaldır. Göyərtilər zəngin lif tərkibinə malik olduğundan yaxşı həzm edilir və uzunmüddətli toxluq hissi yaradır. Bu məhsulların qurd yumurtaları ilə çirklənmə ehtimalı çox olduğu üçün istehlak edilməzdən əvvəl yaxşıca yuyulmalıdır.

Alma: Almanı “vitamin və mineral deposu” adlandıra bilərik. Alma dəmir, kalium, fosfor, sinklə zəngindir və yüksək lif tərkibinə görə asan həzm edilir. Antioksidantdır, yəni bədəni toksinlərdən təmizləyir. Yüksək C vitamini sayəsində qan damarlarının elastikliyini artırır.

Təbii zeytun yağı: Təbii zeytun yağı A, E vitaminləri və bir çox minerallarla zəngindir, iltihab əleyhinədir və antioksidant təsir göstərir. Bu yağ beynin və gözlərin sağlamlığı üçün əhəmiyyətlidir. Eyni zamanda Altsheymer xəstəliyinin müalicəsi və profilaktikası zamanı faydalı olduğu düşünülür.

Çərəzlər: Çərəzlər insan orqanizminin ehtiyac duyduğu gündəlik vitamin və mineral normasını, eləcə də beynin təbii yağlara olan ehtiyacını ödəyir. Eyni zamanda çərəzlərin tərkibindəki lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliklərə qarşı qalxan rolunu oynayır.

Təbii fermentləşdirilmiş kələm: Təbii halda fermentləşdirilmiş kələm təzə kələmdən daha faydalı hesab edilir. Fermentasiya edildikdə kələmin tərkibindəki şəkər süd turşusuna çevrilir. Süd turşusunun özü çox faydalıdır. Probiotik və prebiotik xüsusiyyətlərə malik olmaqla, bağırsaqlarda zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını alır və toksinlərin bədəndən xaric olmasını sürətləndirir. Qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Həzm prosesinə yaxşı təsir göstərir. Bundan əlavə, məhsul A vitamini, manqan, kalium və kalsiumla zəngindir. Zərərli xolesterinlə mübarizə apararaq ürək-damar xəstəlikləri riskini azaldır. Payız-qış dövründə daha çox istifadə edilən bu məhsul C vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir. Faydalı xüsusiyyətlərinə baxmayaraq, təbii fermentləşdirilmiş kələmin qastrit, xora və mədə turşuluğunun normadan artıq olduğu xəstəliklər zamanı istifadəsi tövsiyə edilmir.

Qeyd edək ki, insan sağlamlığı üçün vacib hesab edilən yeddi qida ilə bağlı AQTA tərəfindən videoçarx hazırlanıb:

Son xəbərlər