Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto | 14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub | 13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA | 13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib |
Mojo.az Avto
Mojo.az Avto

877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?

13.06.2026 19:56 345
877 azyaşlı ana olub - Problemin kökündə nə dayanır?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 877 azyaşlı ana qeydə alınıb. Uşaq nikahlarının və erkən hamiləliklərin qarşısının alınması məqsədilə illərdir müxtəlif maarifləndirmə kampaniyaları, görüşlər və tədbirlər keçirilsə də, problem hələ də aktualdır. Xüsusilə regionlarda qeydə alınan halların davam etməsi maarifləndirmə fəaliyyətlərinin effektivliyi, xidmətlərə çıxış imkanları və mövcud nəzarət mexanizmləri ilə bağlı suallar yaradır.

Bəs erkən nikahların və azyaşlı analığın qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Mövcud tədbirlər niyə gözlənilən nəticəni vermir və qanunvericilikdə nəzərdə tutulan məsuliyyət mexanizmləri yetərincə tətbiq olunurmu?

”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında bildirdi ki, problem şəxslərdən deyil, onun xidmətlərə çıxışının kifayət qədər şəffaf və əlçatan olmasından qaynaqlanır.

"Artıq bir çox ölkələrdə riskli davranışlı şəxslərin risk xəritəsi hazırlanır. Həmin xəritə vasitəsilə həssas və risk qrupuna aid şəxslərin xidmətlərə vaxtında çıxışı təmin edilir və problemin qarşısı alınır. Bu baxımdan qurumlararası koordinasiya güclü işləməlidir”.

O, hesab edir ki, bu sahədə boşluqlar məhz qarşılıqlı məlumat mübadiləsi prinsipləri üzrə hələ tam formalaşmayıb.

"Düzdür, operativ müdaxilə qrupları var, amma onlar daha çox hadisə baş verdikdən sonra hərəkətə keçirlər. Bu da qeyd olunan rəqəmlərdə öz əksini tapır.

Digər vacib maneə isə stereotiplərdir.

Problemi gizlətmək və onun vaxtında xidmətlərə çıxışına mane olmaq əsas çətinliklərdən biridir. Kifayət qədər xidmətlər mövcuddur, lakin stereotiplərin təsiri altında olan bəzi əhali qrupları problemi gizlətməyə üstünlük verirlər”.

M. Zeynalova qeyd edir ki, problemin aradan qalxması üçün həm yerli icmalarla işi gücləndirməyə, həm xidmətlərlə bağlı genişmiqyaslı maarifləndirmə aparmağa, həm də insanların öz problemlərini bölüşə bilmələri üçün qaynar xətlərin daha əlçatan və ünvanlı fəaliyyət göstərməsinə ehtiyac var.

Son xəbərlər