Mojo.az Banner
12:25 Ölkədən qaçan vəzifəli şəxs Azərbaycana ekstradisiya ediləcək  |     12:24 MİDA-nın növbəti mənzil satışı nə vaxt keçiriləcək? - AÇIQLAMA  |     12:07 Restoranda qısqanclıq zəminində sevgilisini döyən evli kişiyə hökm oxundu  |     12:02 Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı  |     12:01 Azərbaycan nefti BAHALAŞDI  |     12:00 İrandan Rusiyaya narkotik daşıyanlar Biləsuvarda ƏLƏ KEÇDİLƏR - VİDEO  |     11:54 Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar axşamdan bağlanacaq - SƏBƏB  |     11:41 Sürücülərin NƏZƏRİNƏ: "Şamaxinka"da yol BAĞLANIR  |     11:40 Döş qəfəsində yaranan ağrılar: Kardioloq təhlükəli əlamətləri açıqladı  |     11:39 Qəbələ-Laza yolu keçilməz hala düşdü, ağır texnika cəlb olundu - VİDEO  |     11:37 Bakıda kişi əməliyyatdan sonra yataq xəstəsi oldu? - İDDİA - VİDEO  |     11:32 Maaşlar artdı amma bu problemlər yerində qalacaq — Həkimlərdən AÇIQLAMA  |     11:28 Bakıda avtomobil ağaca çırpıldı, ölən var  |     11:25 Ermənistan Aİ-yə üzvlük prosesinə dair qanuna yenidən baxmayacaq  |     11:16 MİDA güzəştli mənzillərin satışına BAŞLADI  |     23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |    
Left Banner
Right Banner

Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub

12.06.2026 21:57 492
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində cari ilin 7, 9 və 11 iyun tarixlərində Suriya Ərəb Respublikasından 23 nəfər (7 qadın və 16 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Repatriasiya prosesinin ilkin mərhələsində repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı Səfirlikləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız "Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri" və təyyarə biletləri ilə təmin edilib.

Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.

Repatriantların ölkəmizdə sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.скачать dle 11.3
Mojo.az Banner