Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə və Pakistan liderləri Paşinyanı təbrik etdilər

11.06.2026 16:50 675
Türkiyə və Pakistan liderləri Paşinyanı təbrik etdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Ermənistan lideri Nikol Paşinyanı rəhbəri olduğu Vətəndaş Sazişi Partiyasının seçkidə qələbəsi münasibəti ilə təbrik ediblər.

Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

"Xalqım və şəxsən öz adımdan sizi 7 iyun 2026-cı ildə Ermənistanda keçirilən parlament seçkisində rəhbərlik etdiyiniz Vətəndaş Sazişi Partiyasının uğuru münasibətilə səmimi qəlbdən təbrik edirəm. Üçüncü dəfə hökumətin qurulmasında sizə uğurlar arzulayıram. Əminəm ki, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması və bu istiqamətdə lazımi əməkdaşlığın təmin edilməsi ilə bağlı strateji vizyonunuz uğurla həyata keçiriləcək", - deyə Ərdoğanın təbrikində bildirilib.

Pakistan lideri də Paşinyanın rəhbəri olduğu siyasi təşkilatın qələbəsinə sevincini ifadə edib:

"Pakistan xalqı və hökuməti, şəxsən öz adımdan Ermənistanda keçirilən son parlament seçkisində qələbəniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Pakistanın Azərbaycan ilə Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulamaq istərdim. Ümid edirik ki, yeni rəsmi xidmət müddətiniz Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqinə töhfə verəcək".

Son xəbərlər