Mojo.az Banner
23:03 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir  |     22:58 "Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar  |     22:51 Bakıda 4 milyon manat vergi borcu olan şirkətə 16 min dollarlıq cərimə  |     22:46 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü  |     22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |     22:32 Nobel mükafatının məbləği artırıldı  |     22:24 “Neftçi” 1000-ci oyununda qələbə qazandı  |     22:16 Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edildi  |     22:15 Azərbaycanı təmsil edən oğlunun 16-cı olmasına Plyuşenkodan reaksiya  |     22:10 Azərbaycanın Əməkdar artisti vəfat etdi  |     22:05 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb  |     21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Pakistanın baş naziri Prezident İlham Əliyevi təbrik edib

09.04.2024 20:55 1 836
Pakistanın baş naziri Prezident İlham Əliyevi təbrik edib
Aprelin 9-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC xəbər verir ki, Pakistanın baş naziri Ramazan bayramı münasibətilə dövlətimizin başçısını təbrik edib, xalqımıza firavanlıq arzulayıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə Məhəmməd Şahbaz Şərifi təbrik edərək Pakistan xalqına ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev, eyni zamanda, Məhəmməd Şahbaz Şərifi yenidən Pakistan İslam Respublikasının baş naziri vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Pakistanın baş naziri də İlham Əliyevə prezident seçkisində qələbəsi münasibətilə bir daha təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində uğurlar diləyib.

Azərbaycan Prezidenti və Pakistanın baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edərək, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.скачать dle 11.3
Mojo.az Banner