Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı

10.06.2026 20:15 285
Azərbaycanda siqaretə ildə 1 milyard manatdan çox pul xərclənir - Rayonlar üzrə siyahı
Bu ilin ilk rübündə Azərbaycanda əhali tütün məmulatlarına (siqaretə) ayda adambaşına orta hesabla 8,26 manat vəsait xərcləyib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 8,7% artıb.

Qeyd edək ki, siqaretə ən çox vəsait Dağlıq Şirvan iqtisadi rayonunda – Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında xərclənib. Bu bölgədə sakinlər ayda adambaşına orta hesabla 11,9 manat siqaretə pul sərf ediblər.

Siqaretə ən az pul xərcləyənlər isə Lənkəran–Astara iqtisadi rayonunda (Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı) yaşayanlar olub. Burada ayda adambaşına orta hesabla 6,2 manat xərclənib.

İqtisadi rayonlar üzrə ayda adambaşına düşən siqaret xərci belə olub:
Dağlıq Şirvan – 11,9 manat;
Şəki–Zaqatala – 11,2 manat;
Mərkəzi Aran – 10 manat;
Gəncə–Daşkəsən – 9,8 manat;
Qarabağ – 9,7 manat;
Şirvan–Salyan – 8,7 manat;
Mil–Muğan – 8,4 manat;
Bakı – 7,8 manat;
Quba–Xaçmaz – 7,6 manat;
Abşeron–Xızı – 7,1 manat;
Naxçıvan – 6,9 manat;
Şərqi Zəngəzur – 6,7 manat;
Qazax–Tovuz – 6,5 manat;
Lənkəran–Astara – 6,2 manat.

Məlumat üçün bildirək ki, siqaretə xərclənən vəsait adambaşına düşən istehlak xərclərinin 2,1%-nə bərabər olub. Rəsmi məlumata əsasən, bu ilin ilk rübündə Azərbaycanda adambaşına düşən aylıq istehlak xərcləri 392,2 manat təşkil edib.

İlk rübün sonunda Azərbaycan əhalisinin sayının 10 milyon 268 min 165 nəfər olduğunu nəzərə alsaq, ölkə üzrə aylıq ümumi istehlak xərcləri təxminən 4 milyard 27 milyon manat olub. Bu isə ay ərzində siqaretə təxminən 84 milyon 571 min manat vəsait sərf edildiyini göstərir. İllik hesablamada isə bu rəqəm 1 milyard manatdan çox edir.

Onu da qeyd edək ki, ötən il Azərbaycanda SOCAR-ın "Azneft” İstehsalat Birliyindən sonra ən çox vergi ödəyən şirkət siqaret istehsalı ilə məşğul olan "Tabaterra” MMC olub. Şirkət ötən il 697 milyon manat vergi ödəyib. Millət vəkili Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşirin rəhbərlik etdiyi şirkətin ödədiyi vergi son bir ildə 1,1% və ya 7,7 milyon manat artıb.скачать dle 11.3
Mojo.az Banner