Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir

30.04.2025 19:46 723
Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir
Ötən il Azərbaycanda adambaşına düşən aylıq istehlak xərci 363 manat 52 qəpik olub.

İstehlak xərclərinin 43,5%-i və ya 158 manat 11 qəpiyi qida məhsullarının alınmasına sərf olunub.

Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə əhalinin qida məhsullarına xərclədiyi aylıq vəsait 2,2% artıb.

Qeyd edək ki, qida məhsullarından sonra əhali ən çox kommunal xidmətlərə (su, işıq, qaz və digər yanacaq növlərinə) pul xərcləyib. Ay ərzində kommunal xidmətlərə adambaşına 28 manat 69 qəpik pul xərclənib və bu da ümumi xərclərin 7,9%-nə bərabər olub.

Əhalinin adambaşına düşən aylıq xərcləri aşağıdakı kimi olub:

- Qida məhsullarına – 158,11 manat (43,5%);
- Su, işıq, qaz və digər yanacaq növlərinə – 28,69 manat (7,9%);
- Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa – 27,62 manat (7,6%);
- Mehmanxana, kafe və restoran xidmətlərinə – 25,55 manat (7%);
- Nəqliyyat xidmətlərinə – 24,35 manat (6,7%);
- Paltar və ayaqqabıya – 21,17 manat (5,8%);
- Digər mal və xidmətlərə – 19 manat (5,3%);
- Səhiyyə xidmətlərinə – 19 manat (5,2%);
- İstirahət və mədəniyyət xidmətlərinə – 14,69 manat (4%);
- Rabitə xidmətlərinə – 12,31 manat (3,4%);
- Tütün məmulatlarına – 7,01 manat (1,9%);
- Təhsil xərclərinə – 6,02 manat (1,7%);
- Alkoqollu içkilərə – 2,04 manat (0,6%).

Mənbə: yeniavaz.com

Son xəbərlər