Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan Ədliyyə Nazirliyi: Yeni konstitusiyanın mətni dərcə hazır deyil

10.06.2026 15:20 753
Ermənistan Ədliyyə Nazirliyi: Yeni konstitusiyanın mətni dərcə hazır deyil
Ermənistanın yeni konstitusiyasının mətni dərcə hazır deyil, çünki Ədliyyə Nazirliyi həmkarlarından rəy və qeydlər gözləyir.

Bu barədə Ermənistanın ədliyyə naziri Srbui Qalyan yerli kanalların yayımladığı brifinqdə deyib.

"Dünən (Vətəndaş Sazişi Partiyasının idarə heyətinin iclasında - red.) yeni konstitusiyanın mətninin dərc edilməsi ilə bağlı məsələni müzakirə etdik və hesab edirəm ki, ümumiləşdirmədən sonra yaxın vaxtlarda - belə deyirəm, çünki müəyyən həmkarlarımızın rəylərini gözləyirik və bu rəyləri toplamaq üçün bizə bir-iki həftə lazım olacaq - daha bir-iki müzakirə keçiriləcək və onda hazır olub-olmadığımızı anlayacağıq. Əvvəllər niyə dərc etmədiyimizin səbəbləri barədə: mən əvvəllər dəfələrlə demişdim ki, mətn hazır deyil və bir sıra həmkarlarımız öz qeydlərini təqdim etməyə zaman tapmayıblar", - deyə nazir diqqətə çatdırıb.

Nazir əlavə edib ki, sənədin dərc edilməsi məsələsi fərdi şəkildə yox, ortaq qərar əsasında həllini tapmalıdır və müvafiq qərar qəbul edildikdən sonra mətn ictimaiyyətə açıqlanacaq.

Son xəbərlər