Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Krikoryan: Ermənistan Konstitusiyası dəyişdiriləcək

21.04.2025 20:44 1 173
Krikoryan: Ermənistan Konstitusiyası dəyişdiriləcək
Ermənistan Konstitusiyası dəyişdiriləcək.

Bu barədə “Report”a Böyük Britaniyadan olan jurnalist, analitik Onnik Krikoryan bildirib.

Onun sözlərinə görə, konstitusiya islahatı ideyası baş nazir Nikol Paşinyan tərəfindən hələ 2020-ci ildə Azərbaycanla münaqişədən əvvəl səsləndirilib.

Ekspert qeyd edib ki, İrəvandakı analitiklər arasında yayılmış fikrə görə, N.Paşinyan ölkə Konstitusiyasının preambulasının mətninin çıxarılmasına və ya dəyişdirilməsinə meyillidir.

"Lakin onun bunu əhalinin də hesab etdiyi kimi Bakının tələbi olaraq deyil, daxili qərar kimi nəzərdən keçirdiyini söyləmək olar", - O.Krikoryan hesab edir.

"N.Paşinyan artıq yeni Konstitusiyanın mətni üzərində işin tamamlanmasının sürətləndirildiyini elan edib. Əgər əvvəllər onun 2027-ci ilin əvvəlinə hazır olacağı elan edilirdisə, indi gələn ilin ortalarında növbəti parlament seçkilərinə qədər hazırlanması planlarından danışırlar. Nəzəri olaraq müddət daha da qısala bilər. Lakin onun qəbul edilib-edilməyəcəyi ilə bağlı qərarı əhalinin verəcəyini yaddan çıxarmaq lazım deyil", - O.Krikoryan əlavə edib.

O, həmçinin hesab edir ki, Ermənistan cəmiyyətini bu dəyişikliklərə hazırlamaq lazımdır. "Aydındır ki, bu, geniş ictimai müzakirə və ciddi hazırlıq tələb edəcək. Müxalifət bu prosesdən Paşinyana qarşı istifadə etməyə cəhd göstərə bilər. Məhz buna görə də o, preambulaya dəyişiklik etməyə və ya onu çıxarmağa qərar versə, böyük ehtimalla bunu "Real Ermənistan" konsepsiyası çərçivəsində əhali tərəfindən razılıqla qarşılanmalı olan daha geniş islahat paketinin bir hissəsi kimi təqdim edəcək", - analitik qeyd edib.

O.Krikoryan erməni analitikləri bu məsələni gündəmə gətirməyə və müzakirəsinə başlamağa çağırıb.

"Bir çox erməni analitiklər bu məsələni öz azərbaycanlı həmkarları ilə müzakirə etməkdən imtina edirlər. Bu, təəssüf doğurur, nəzərə alsaq ki, Bakı kompromislər təklif edir. Məsələn, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən Fərid Şəfiyev və Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp Böyük Britaniya və İrlandiya arasında imzalanmış Belfast sazişini öyrənməyi təklif ediblər ki, bu da Konstitusiyaya dəyişikliklər edilməsini tələb edir", - o vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner