Mojo.az Banner
23:02 İşğaldan azad edilmiş ərazilərə giriş portalı nə vaxt ləğv ediləcək? - AÇIQLAMA  |     22:54 "Volvo" Stokholmdakı ofisini bağlamağa hazırlaşır  |     22:49 FİFA İnfantinonun imicini yaxşılaşdırmaq üçün 3 milyon dollar xərcləyib  |     22:41 İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA  |     22:36 Benzema "ƏI-Hilal"dan getdi  |     22:30 Bakının bu ərazilərində qazın verilişində fasilə olacaq  |     22:28 Avtomobiliniz kiberhücuma məruz qala bilər – Bu əlamətlərə DİQQƏT  |     22:19 Azərbaycan - ŞƏT əməkdaşlığı ölkəmizin beynəlxalq münasibətlərdə artan rolunun göstəricisidir  |     22:09 Ramiz Mehdiyevə yeni ittiham elan olundu  |     22:00 Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi bəlli olub  |     21:46 Rusiyada səfərbərliklə bağlı açıqlama  |     21:35 Şuşa-Laçın yolunda bədbəxt hadisə: Ölənlər var  |     21:30 "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi  |     21:28 Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı  |     21:25 Güclü külək, leysan və şimşək - Əhaliyə XƏBƏRDARLIQ edildi  |     21:07 Ağdamda tikinti şirkətindən şikayət: "4 ay işlədim, 3 000 manatımı ala bilmirəm"  |     21:00 "Anthropic"in başı dərddə: Təzminat məbləği milyardlarla dollara çata bilər  |     20:55 "TikTok"da tanışlıq 91 min manatlıq dələduzluqla nəticələndi  |     20:47 Məşhur mağazanın keçmiş rəhbəri həbs edildi - 285 min manatlıq dələduzluq  |     20:42 Sumqayıtda "iPhone" fırıldağı və qadına qarşı şantaj  |    
Left Banner
Right Banner

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

08.06.2026 13:09 318
Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib
Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti verilib.

Median.Az
"Report"a istinadən xəbər verir ki, apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə ilkin baxış iclası iyunun 11-nə təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursat, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə olunmasına dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner