Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Gilas və alçanın qiyməti nə vaxtdan ucuzlaşacaq? - AÇIQLAMA

05.06.2026 22:15 342
Gilas və alçanın qiyməti nə vaxtdan ucuzlaşacaq? - AÇIQLAMA
"Gilas və alçanın qiymətləri hazırda mövsümün əvvəlində olduğu üçün yüksəkdir. Lakin bazar müşahidələri göstərir ki, qarşıdakı 15-20 gün ərzində məhsul yığımı artdıqca qiymətlər tədricən stabilləşəcək və müəyyən qədər ucuzlaşacaq".

Bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, mövsümün ilk mərhələsində qiymətlərin yüksək olması təbii hesab edilsə də, bu il bahalaşma əvvəlki illərlə müqayisədə daha qabarıq şəkildə hiss olunur:

"Bunun əsas səbəblərindən biri inflyasiya və məhsulun maya dəyərinin artmasıdır. Əkin, becərmə, suvarma, gübrələmə, işçi qüvvəsi və daşınma xərclərinin yüksəlməsi son nəticədə bazardakı satış qiymətlərinə də təsir edir. Digər mühüm amil isə hava şəraitidir. Son aylarda bəzi bölgələrdə müşahidə olunan aramsız yağışlar və güclü küləklər məhsuldarlığa mənfi təsir göstərərək bazara çıxarılan məhsulun həcmini azaldıb.

Qiymətlərin yüksək qalmasının əsas səbəblərindən biri də satış zəncirində çoxsaylı vasitəçilərin iştirak etməsidir. Hazırda məhsul əksər hallarda fermerdən birbaşa istehlakçıya çatmır. Kənddə istehsalçıdan alınan məhsul əvvəlcə rayon mərkəzinə, sonra topdansatış məntəqələrinə, daha sonra isə bazarlara yönləndirilir. Nəticədə məhsul bir neçə dəfə əl dəyişir və hər mərhələdə üzərinə əlavə xərc qoyulur. Bu isə qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olur".

AQC sədri hesab edir ki, dövlət tərəfindən fermerlərin bazara birbaşa çıxış imkanlarının genişləndirilməsi, müasir tədarük və logistika sisteminin yaradılması qiymətlərin daha sabit olmasına kömək edə bilər:

"Belə bir model həm istehsalçının məhsulunu daha sərfəli qiymətə satmasına, həm də alıcıların məhsulu daha münasib qiymətə əldə etməsinə şərait yaradar. Bu halda həm fermer qazanmış olar, həm də gilas və alça kimi mövsümi meyvələrin qiymətində süni bahalaşmanın qarşısı alınar".скачать dle 11.3
Mojo.az Banner