Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar |
Mojo.az Avto
Mojo.az Avto

Radiator və kabel oğurladılar, məhkum oldular

05.06.2026 20:36 417
Radiator və kabel oğurladılar, məhkum oldular
Səbail rayonu ərazisində bir neçə yaşayış evindən oğurluq edən bir qrup şəxsə qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qaynarinfo məhkəmə materiallarına əsasən xəbər verir ki, Elgün, Rauf və Kənan (adlar şərtidir) qabaqcadan əlbir olaraq fərdi yaşayış evlərinə qanunsuz daxil olub oradan elektrik naqilləri, təhlükəsizlik kamera avadanlıqları və radiatorlar oğurlayıblar.

Oğurlanan əşyaların ümumi dəyəri minlərlə manatla ifadə olunub.

Bir evdən 8 000 manat dəyərində elektrik naqilləri və 400 manat dəyərində kamera sistemi avadanlıqları götürülərək ümumilikdə 8 400 manat ziyan vurulub. Digər epizodda isə 3 ədəd radiator oğurlanıb və 150 manat maddi zərər qeydə alınıb.

Təqsirləndirilən şəxslər oğurladıqları əşyaları daha sonra metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onlardan biri əməli etiraf edib, digərləri isə ittihamı qismən qəbul edərək ifadələrinin təzyiq altında alındığını iddia ediblər.

Zərərçəkmiş şəxslər evlərindən naqil, kamera sistemi və radiatorların oğurlandığını, onlara maddi ziyan dəydiyini bildiriblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Onların şübhəli şəxs qismində saxlanıldıqları müddət təyin olunmuş cəzadan çıxılıb və üzərlərində 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər