Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

10 gün hasarından aşdıqları evdən 213 min manatlıq OĞURLUQ ETDİLƏR

25.03.2026 12:33 747
10 gün hasarından aşdıqları evdən 213 min manatlıq OĞURLUQ ETDİLƏR
Qabaqcadan əlbir olaraq vətəndaşın evindən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvləri - Elvin Həbibli, Rövşən Umudov, Ülvi Əsgərov və Vəfa Həsənovanın cinayət işinin bəzi detalları məlum olub.

Median.Az
"Unikal"a istinadla xəbər verir ki, dəstə üzvləri qabaqcadan əlbir olaraq, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin külli miqdarda əmlakını talayıblar.

Belə ki, dəstə üzvləri 15 oktyabr 2024-cü il tarixdən 25 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində gecə saatlarında davamlı olaraq Azər Cabbarova məxsus bağ evinin hasarından aşıb həyətə daxil olublar.

İttiham aktında göstərilib ki, dəstə üzvləri həyətdə yerləşən anbarından 4 800 manat dəyərində 100 ədəd dəmir boru, dörd ədəd - hər birinin qiyməti 200 manat olmaqla 800 manat dəyərində dəmir barmaqlıqlar, evə qanunsuz daxil olmaqla oradan Ukrayna istehsalı olan 16 min 500 manat dəyərində 300 ədəd çay dəsti, 18 000 manat dəyərində 18 min ədəd nəlbəki, 500 manat dəyərində İran istehsallı üç lampalı çilçıraq, 1400 manat dəyərində 70 ədəd Rusiya istehsalı dam ötrükləri, 24000 manat dəyərində 4000 ədəd Ukrayna istehsalı olan boşqab, 81000 manat dəyərində 1800 ədəd fincan dəsti, 17600 manat dəyərinə 320 ədəd Belarus istehsalı olan elektriklə işləyən ət çəkən maşını oğurlayıblar.

Bundan başqa, bir ədədinin qiyməti 1000 manat olan 8000 manat dəyərində səkkiz ədəd (19-cu əsrə aid olan, Şuşa şəhərində toxunmuş - red.) antik xalçalar, 1400 manat dəyərində iki ədəd yeddi litrlik odun samovarı, bir ədəd (dəyəri 2000 manat) Çexiya istehsalı çilçıraq çağırdıqları avtomobillərə hissə-hissə yüklənib, oradan davamlı olaraq hissə-hissə daşınaraq dəyərindən ucuz qiymətə satılıblar.

Bundan əldə etdikləri pulları Elvin Həbibli, Vəfa Həsənova, Rövşən Umudov və Ülvi Əsgərov öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş Azər Cabbarova ümumilikdə 213 min 385 manat məbləğində küllü miqdarda ziyan vurublar.

Bununla da, dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

Son xəbərlər