Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

"Saat 18:00-dan sonra yeməmək arıqlamağa kömək etmir" - Mütəxəssisdən maraqlı açıqlama

02.06.2026 11:47 906
Məşhur qayda olan "saat 18:00-dan sonra yeməmək" arıqlamağa kömək etmir. Əksinə, bu addım metabolik stresə və gecə saatlarında həddindən artıq qida qəbuluna yol aça bilər. Effektiv çəki itirmək üçün şam yeməyinin konkret saatı deyil, ümumi gündəlik kalori miqdarı və son qida qəbulu ilə yuxu arasındakı vaxt intervalı vacibdir.

Bu barədə rusiyalı diyetoloq-endokrinoloq, tibb elmləri namizədi İrina Tatarnikova TASS-a müsahibəsində danışıb.

Ekspert acqarına yatmağın fəsadlarını belə izah edib:

"Ac yatmaq pis fikirdir. Əgər insan evə gec qayıdırsa, aclığa dözür və bunu bir nailiyyət kimi qəbul edirsə, bu zaman orqanizm güclü stres yaşayır. Bu isə yuxunun keyfiyyətini pisləşdirir və ertəsi gün iştahanı kəskin şəkildə artırır. Nəticədə proses çəki itkisi ilə deyil, axşam yeməyinə qarşı qarşısıalınmaz istəklə sonlanır".

Onun sözlərinə görə, bədəndəki piylər saat 19:00 və ya 20:00-da yeyilən yeməyə görə deyil, gün ərzində yaranan xroniki kalori artıqlığı səbəbindən yığılır. Şam yeməyi vaxtını şəxsi qrafikə uyğun olaraq seçmək lazımdır - optimal variant yatmazdan 2-3 saat əvvəldir. Yeməyin tərkibi də eyni dərəcədə vacibdir; axşam rasionunda zülal və lifə üstünlük vermək ən doğrusudur:

"Saat 18:00-dan sonra yemək olar, həm də bu zəruridir - xüsusən də gec yatırsınızsa. İdeal variant tərəvəzlə balıq, salatla omlet və ya qarabaşaq yarması ilə hindtoyuğu əti ola bilər. Əsas məqam odur ki, bütün günün normasını bir axşam yeməyi ilə kompensasiya etməyəsiniz. Çünki bəzi insanlar səhər yeməyini və naharı buraxır, gecə isə günlük normanın hamısını birdən yeyirlər".

Həkim vurğulayıb ki, saat 18:00-da tək və həddindən artıq doyumlu şam yeməyi yatmazdan əvvəl yeyilən yüngül qəlyanaltıdan daha zərərli ola bilər.

Axşama qədər özünüzü həddindən artıq ac vəziyyətə gətirib çıxarmamaq üçün İrina Tatarnikova qidanı gün ərzində bərabər paylamağı tövsiyə edib. Əgər gec saatda şam yeməyi planlaşdırılırsa və aclıq hissi narahatlıq yaradırsa, saat 16-17 radələrində yüngül bir qəlyanaltı etmək olar. Ekspertin sözlərinə görə, bu halda şam yeməyi daha şüurlu və yüngül olacaq, yuxudan əvvəl mədə-bağırsaq traktını həddindən artıq yükləməyəcək.
//oxu.az

Son xəbərlər