Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhər yeməyinin 7 faydası

26.10.2021 23:44 1 875
Səhər yeməyinin 7 faydası
Həkimlərin əksər hissəsi səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir.

Səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksər hissəsi səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda 1 fincan qəhvə və ya çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemir.

Sizə səhər yeməyinin 7 faydasını təqdim edirik. Ola bilsin ki, bunları bildikdən sonra siz səhər yeməyinə daha ciddi baxacaqsınız.

- Səhər yeməyi insanı gün ərzində ona lazım olan enerji ilə təmin edir.

Həkimlər sübut edir ki, səhər yeməyi insanın iş qabiliyyətinin 30% artırır. Səhər yeməyi üçün ən uyğun vaxt - səhər saat 9-10 radələrində. Çalışın səhər yeməyindən 1 saat tez oyanasınız (iştaha daha gec "oyanır"). İştahanı "oyatmaq" üçün səhər yüngül gimnastika edin.

- Səhər yeməyi əhval-ruhiyyəni yaxşılaşdırır.

İnsan ac olduqda onun qanında şəkərin səviyyəsi düşür. Bu da insanın əhval-ruhiyyəsinə mənfi təsir edir - insan əsəbi olur, hər şeyə daha kəskin reaksiya verir, qıcıqlanır. Bu isə, təbii ki, insanın işinə təsir edir.

Beləliklə, günorta belə vəziyyətdə olmaq istəmirsinizsə, səhər yeməyindən imtina etməyin.

- Səhər yeməyi gün ərzində aclığı tənzimləyir.

Amerika mütəxəssisləri araşdırmalar nəticəsində belə qərara gəldilər ki, səhər yeməyi zamanı yumurta yeyən insan gün ərzində daha az acır və nəticədə daha az yeyir. Mütəxəssislərin fikirinə görə, yumurta bütün digər səhər yeməkləri ilə müqayisədə insanı ən yaxşı doydurur və gün ərzində qəbul edilən kaloriləriləri azaldır. Yumurtanı qızardılmış şəkildə deyil, bişmiş şəkildə yemək daha faydalıdır.

Həmçinin, həkimlərin fikirinə görə, səhər yeməyi üçün müxtəlif sıyıqlar (qarabaşaq, düyü, yulaf yarması və s.) uyğundur. Sıyıqlar insanı uzun müddət ərzində tox saxlayır. Kiçik salat porsiyası, 1 tikə bişmiş ət və ya toyuq da səhər yeməyi üçün çox yaxşı seçimdir.

1 fincan çay və qəhvə içib evdən çıxan insanlara həkimlər xəbərdarlıq edir. Bu içkilər mədənin selikli qişasını qıcıqlandırır və bu da vaxt keçdikcə qastritin inkişafına səbəb ola bilər.

- Səhər yeməyi diqqəti və yaddaşı yaxşılaşdırır.

Səhər yeməyi insana informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək edir.

Dietoloqların fikirinə görə, səhər yeməyi gündəlik qida rasionunun 25%-ni təşkil etməlidir (nahar - 40-50%, şam yeməyi - 25%).

- Səhər yeməyi artıq çəkidən qoruyur.

Aclıq zamanı insan orqanizmində müdafiə reaksiyası işə salınır - orqanizm daha çox kalori qəbul etməyə çalışır ki, onları ehtiyat üçün saxlasın.

Beləliklə, əgər siz səhər yeməyindən imtina edirsinisə, siz nahar zamanı lazım olandan daha çox yeyəcəksiniz və bu da bədən çəkinizə mənfi təsir edəcək.

- Səhər yeməyi arıqlamağa kömək edir.

İngiltərə dietoloqların fikirinə görə, səhər və axşam sıyıq yeyən insan 1 ay ərzində 2 kq arıqlaya bilər.

- Səhər yeməyi insanın mədə-bağırsaq sistemini xəstəliklərdən qoruyur.

Düzgün səhər yeməyi insanı bir çox mədə-bağırsaq sistemi pozulmalar və xəstəliklərdən qoruya bilər.

İlk növbədə bu qastrit və qəbizliyə aiddir. Səhər 1 stəkan təmiz su, 30 dəqiqə sonra isə sıyıq (xüsusilə yulaf yarması sıyığı) yeyən insan qəbizlikdən azad ola bilər.скачать dle 11.3

Son xəbərlər