Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb

01.06.2026 21:46 456
BMT Azərbaycan üçün enerji keçidi üzrə yol xəritəsini işə salıb
Bakı Enerji Həftəsində Azərbaycan üçün 7-ci Dayanıqlı İnkişaf Məqsədi üzrə yol xəritəsinin rəsmi olaraq işə salınması baş tutub.

Median.Az "Report"a istinadən xəbər verir ki, BMT baş katibinin müavini və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsia Aliscahbananın Bakı Enerji Həftəsinə videomüraciətində qeyd etdiyi kimi, bu sənəd enerji səmərəliliyinin artırılması, elektromobilliyin təşviqi və Azərbaycanın "yaşıl enerji" üzrə regional hab kimi rolunun gücləndirilməsi kimi əsas istiqamətləri əhatə edir.

"Mərkəzi Asiya bərpaolunan enerji, o cümlədən günəş, külək və hidroenergetika üzrə əhəmiyyətli resurslara malikdir, həmçinin əsas enerji bazarlarının kəsişməsində strateji coğrafi mövqe tutur", - deyə o bildirib və əlavə edib ki, regionda enerji transformasiyasını sürətləndirmək üçün bərpaolunan enerji mənbələri layihələrinə qoyulan investisiyaların həcmini artırmaq, elektrik şəbəkəsi infrastrukturunun modernləşdirilməsini həyata keçirmək, özəl kapitalın cəlb edilməsi üçün əlverişli mühit formalaşdırmaq və transsərhəd elektrik enerjisi mübadiləsini genişləndirmək lazımdır.

"Bu kontekstdə Azərbaycan "yaşıl energetika" üzrə regional mərkəz kimi öz mövqelərini gücləndirir", - S. Aliscahbana vurğulayıb.

Son xəbərlər