Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının YENİ STATİSTİKASI

01.06.2026 12:24 660
Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının YENİ STATİSTİKASI
Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı yeni statistika açıqlanıb.

Bu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında əksini tapıb.

Qeyd olunub ki, I Qarabağ müharibəsi zamanı itkin düşmüş, əsir və girov götürülmüş şəxslərlə bağlı ümumilikdə 4 003 nəfər qeydiyyata alınıb. Onlardan 3 221 nəfəri hərbçi, 782 nəfəri isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs yer alıb.

Qeydiyyata alınan şəxslərdən 3 714 nəfəri kişi, 289 nəfəri isə qadındır.

Bundan başqa, şəxsiyyəti müəyyən edilən 226 itkin-şəhidin nəşi ailələrinə təhvil verilərək dəfn olunub.

Bildirilib ki, I Qarabağ müharibəsi dövründə əsir və girovluqdan azad edilənlərin sayı 1 702 nəfər təşkil edib. Onlardan 424 nəfəri hərbçi, 1 278 nəfəri isə mülki şəxs olub.

Vətən müharibəsi ilə bağlı statistikaya əsasən isə Dövlət Komissiyasında 6 nəfər hərbçi itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Həmçinin Vətən müharibəsi zamanı əsir və girovluqdan azad edilənlərin sayı 29 nəfər olub. Onlardan 23 nəfəri hərbçi, 6 nəfəri isə mülki şəxsdir.скачать dle 11.3
Mojo.az Banner