Mojo.az Banner
22:41 Messi mundiallarda vurulan qolların sayına görə mütləq rekordçu oldu - VİDEO  |     22:35 Sabah bu yerlərdə işıq kəsiləcək  |     22:29 Azərbaycandan Ermənistana gübrə göndəriləcək  |     22:22 Zaqatalada güclü külək fəsadlar yaratdı: Evlərin damı uçub  |     22:15 Bu şəhərlərdə qaz təchizatında fasilələr yaranacaq  |     22:09 Repititorluğu ləğv etmək mümkün deyil - Təhsil naziri  |     22:01 Bakı universitetlərində bakalavrların sayı azaldılacaq  |     21:53 Bu hisslər xarici görünüşdə radikal dəyişikliklər yaradır  |     21:48 Baş nazirdən daha bir qərar  |     21:40 Tələbələrə müjdə - Bu məbləğ artırıla bilər  |     21:34 Ağdamda qazıntı zamanı skelet qalıqları aşkarlandı  |     21:20 Bakıda 2 marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir  |     21:13 Arıqlama iynəsi vuranların nəzərinə - Ölümə və komaya səbəb ola bilər  |     21:06 Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb  |     20:58 İçkili halda yolda pultla oyuncaq maşın idarə etdi, məhkəmə cəzalandırdı  |     20:52 Bakıda uşaq bağçasında lisenziyasız fəaliyyət aşkarlandı  |     20:45 Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu  |     20:40 Omeqa-3: Səhər, yoxsa axşam qəbul etmək yaxşıdır?  |     20:33 Yataq otağını kondisionersiz 5 dəqiqəyə necə sərinlətmək olar?  |     20:28 Ronaldinyo meydançaya qayıdır? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Avqustun 30-u Beynəlxalq İtkinlər Günüdür

30.08.2025 13:16 480
Avqustun 30-u Beynəlxalq İtkinlər Günüdür
Avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günü kimi qeyd olunur.

Bu günün təsis edilməsi ilə bağlı ilk təşəbbüs 2007-ci il avqustun 30-da Filippində itkin düşmüş şəxslərin ailə üzvləri tərəfindən irəli sürülüb.

Bir il sonra, 2008-ci ilin avqust ayında bu təşəbbüs dünya ictimaiyyəti tərəfindən ciddi dəstək alıb və səbəbindən asılı olmayaraq, itkin düşmüş bütün şəxslərin anım gününün qeyd edilməsinin zəruriliyinə dair ümumi fikir formalaşdırılıb.

Problemin həssas və humanitar xarakterli olması nəzərə alınaraq, həmin dövrdə Birləşmiş Millətlər Təşkilatında (BMT) bu təşəbbüslə bağlı bir sıra müzakirələr və fikir mübadiləsi aparılıb. Aparılmış müzakirələrin və təhlillərin yekunu olaraq, BMT Baş Assambleyası tərəfindən 2010-cu il dekabrın 21-də qəbul edilmiş qətnamə ilə hər ilin 30 avqust tarixinin Beynəlxalq İtkinlər Günü kimi qeyd edilməsi qərara alınıb.

Uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə bağlı problem Azərbaycandan da yan keçməyib. Ermənistanın ötən 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində minlərlə soydaşımız itkin düşüb və bu günədək onların taleləri haqqında məlumat yoxdur.

Azərbaycan itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin Vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir.

2024-cü il avqustun 1-nə olan məlumatlara görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Qeydiyyata alınan şəxslərdən 3 962 nəfəri Birinci Qarabağ müharibəsində, altı nəfəri isə Vətən müharibəsində itkin düşüb. 3 968 nəfərdən 3202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Bu sahədə ən ciddi və təkzibedilməz fakt isə 1998 və 2001-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim etdiyi məktublarda adları qeyd edilən 54 azərbaycanlı ilə bağlıdır. Həmin materiallara əsasən, intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək Ermənistanda və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Qarabağ ərazisindəki saxlanma yerlərində saxlanılan 54 Azərbaycan vətəndaşına BQXK nümayəndələri baş çəkərək onları rəsmi qeydiyyata alıblar. Lakin sonradan həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, dörd nəfərin sonrakı taleyi barədə məlumat verilməyib, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri təhvil verilməyib".скачать dle 11.3
Mojo.az Banner