Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Birinci Qarabağ müharibəsində Füzuli rayonundan 136 nəfər itkin düşüb

29.08.2025 19:43 1 038
Birinci Qarabağ müharibəsində Füzuli rayonundan 136 nəfər itkin düşüb
Birinci Qarabağ müharibəsində Füzuli rayonundan 136 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb.

Bu barədə "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, itkin düşənlərin 87 nəfəri hərbçi, 49 nəfəri isə mülki şəxsdir.

44 günlük Vətən müharibəsindən sonra onlardan 10 nəfərin (6 hərbçi, 4 mülki şəxs) şəxsiyyəti müəyyən edilib.

Son xəbərlər