Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video |
Mojo.az Avto
Mojo.az Avto

31 mayda nadir hadisə baş verəcək - XƏBƏRDARLIQ

30.05.2026 21:46 468
31 mayda nadir hadisə baş verəcək - XƏBƏRDARLIQ
Mayın 31-də dünyanın bir çox ölkəsində nadir astronomik hadisə olan “Mavi Ay” adlanan ikinci dolunay baş verəcək.
 
Astronomiyada “Mavi Ay” Ayın rənginin dəyişməsi demək deyil. Bu termin bir təqvim ayı ərzində ikinci dəfə dolunayın baş verməsini ifadə edir. Bu il mayın 1-də ilk dolunay müşahidə olunub, ikinci dolunay isə mayın 31-nə təsadüf edir. Mütəxəssislərin sözlərinə görə, bu dəfəki “Mavi Ay” eyni zamanda “mikroay” olacaq. Bu, Ayın Yerə ən uzaq nöqtələrindən birində olduğu vaxt dolunay mərhələsinə düşməsi deməkdir.
 
Buna görə də Ay adi dolunaylarla müqayisədə bir qədər kiçik və az parlaq görünəcək. Alimlər bildirirlər ki, “Mavi Ay” əslində mavi rəngdə olmayacaq. Ayın mavi görünməsi yalnız vulkan püskürmələri və ya böyük meşə yanğınları nəticəsində atmosferdə yaranan xüsusi şəraitdə mümkün olur. “Mavi Ay” adı isə sadəcə nadir təqvim hadisəsini ifadə edir.
 
Qeyd edək ki, “Mavi Ay” hadisəsi təxminən hər iki-üç ildən bir baş verir. Astronomların məlumatına görə, növbəti belə hadisə 2028-ci ilin dekabrında müşahidə olunacaq. Bildirilir ki, hadisəni müşahidə etmək üçün xüsusi avadanlıq tələb olunmasa da, durbin və ya teleskop Ayın səthini daha detallı görməyə kömək edə bilər.
 //sfera.az

Son xəbərlər