Mojo.az — elanlar
Son Xəbərlər
18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |     14:10 Xaricdən diri heyvan gətirmək adı ilə milyondan çox pul mənimsənildi  |     13:47 Təhlükəsizlik riski yaranarsa, turistlər nə etməlidir? – Ekspertdən tövsiyə  |     13:43 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı  |     13:00 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü  |    
Mojo.az Avto
Mojo.az Avto

Az yatmağın daha bir zərəri üzə çıxdı

29.05.2026 21:21 468
Az yatmağın daha bir zərəri üzə çıxdı
Qəbizliyi hər zaman yalnız suyun azlığı və ya qida rasionu ilə izah etmək mümkün deyil. Qastroenteroloqlar Stefani Makəbi və Ceremi Polman bağırsaq fəaliyyətinə mənfi təsir edən gizli amilləri açıqlayıblar.

Həkimlərin fikrincə, yuxu rejimi bu məsələdə mühüm rol oynayır. Yoğun bağırsaq 24 saatlıq sirkad ritmi ilə işləyir. Adətən, səhər saatlarında aktiv olan bağırsaq fəaliyyəti gecələr yavaşlayır. Yuxu çatışmazlığı bu dövriyyəni pozaraq qəbizlik ehtimalını artırır.

Bundan başqa, bağırsaqların fəaliyyətinə aşağıdakı amillər də təsir edir:

Dərman preparatları: Antihistamin (allergiya əleyhinə) dərmanlar, kalsium və ya dəmir əlavələrinin qəbulu.
Psixoloji vəziyyət: Yüksək həyəcan və təşviş bağırsaq-beyin əlaqəsini pozaraq həzm prosesini dəyişir.
Vərdişlər: Təbii ehtiyacı uzun müddət təxirə salmaq bağırsaq möhtəviyyatının bərkiməsinə səbəb olur.

Mütəxəssislər profilaktika üçün gündə azı yeddi saat yatmağı, fiziki aktivliyi artırmağı və kifayət qədər lifli qidalar qəbul etməyi tövsiyə edirlər. Həmçinin, qəbizliyin ishalla növbələşməsi halında həkimə müraciət etmək vacibdir, çünki bu, bəzən bağırsaqda yaranan şişlərin əlaməti ola bilər.//demokrat.az

Son xəbərlər