Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Niyə BOKT-lar banklardan daha çox tələb görür? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI

25.05.2026 12:48 657
Niyə BOKT-lar banklardan daha çox tələb görür? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI
Azərbaycanda bank olmayan kredit təşkilatlarında istehlak kreditləri üzrə orta faiz dərəcəsinin 35 faizə çatması diqqət çəkir. Banklarla müqayisədə daha yüksək olan bu faizlər vətəndaşların borc yükünü artırır. Buna baxmayaraq, BOKT-lar bank xidmətlərinə çıxışı məhdud olan insanlar üçün alternativ maliyyə mənbəyi olaraq qalır. Ekspertlər isə yüksək faizlərin riskli borclanmanı artırdığını bildirirlər. Yüksək faiz dərəcələrinə baxmayaraq vətəndaşların BOKT-lara müraciət etməsinin əsas səbəbi nədir? Kredit faizlərinin tənzimlənməsi üçün əlavə nəzarət mexanizmlərinə ehtiyac varmı?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, Azərbaycanda bank olmayan kredit təşkilatlarında (BOKT) istehlak kreditləri üzrə faiz dərəcələrinin yüksək olmasının əsas səbəblərindən biri onların banklarla müqayisədə daha riskli müştəri seqmenti ilə işləməsidir.
Onun sözlərinə görə, praktikada banklar kredit ayırarkən daha sərt tələblər tətbiq edir:

“Xüsusilə Mərkəzi Kredit Reyestrində (MKR) əvvəlki gecikmələrin olması, rəsmi gəlirin aşağı və ya qeyri-kafi görünməsi, əlavə zamin və ya təminat tələbi bir çox vətəndaşın bank kreditinə çıxışını çətinləşdirir. Nəticədə həmin şəxslər alternativ olaraq BOKT-lara müraciət etməyə məcbur qalırlar. BOKT-lar isə banklarla rəqabətdə bazarda mövqeyini qorumaq üçün daha çevik və daha riskli kredit siyasəti yürütməli olurlar. Yəni bankların imtina etdiyi və ya yüksək riskli hesab etdiyi müştərilər bir çox hallarda məhz BOKT-ların əsas müştəri bazasına çevrilir. Bu da təbii olaraq kredit portfelində risk səviyyəsini artırır və nəticədə faiz dərəcələri daha yüksək formalaşır”.

Elnur Quliyev qeyd edib ki, bu tendensiya xüsusilə regionlarda daha çox müşahidə olunur:

“Regionlarda qeyri-rəsmi məşğulluğun səviyyəsinin yüksək olması, vətəndaşların gəlirlərini tam sənədləşdirə bilməməsi və bank filiallarının kredit siyasətində daha konservativ yanaşması insanları daha əlçatan hesab etdikləri BOKT-lara yönəldir. Bir çox hallarda vətəndaş üçün əsas məsələ faizdən daha çox kreditə operativ çıxış imkanı olur. Lakin yüksək faizli kreditlər uzunmüddətli dövrdə borc yükünü artırır və riskli borclanmanı daha da dərinləşdirə bilər.

Hesab edirəm ki, kredit faizlərinin tənzimlənməsi istiqamətində əlavə nəzarət mexanizmlərinə müəyyən qədər ehtiyac var. Lakin burada əsas məqsəd bazara sərt inzibati müdaxilə deyil, balansın qorunması olmalıdır. Çünki faizlərə kəskin məhdudiyyət tətbiqi bəzi hallarda riskli müştərilərin ümumiyyətlə kreditə çıxışını çətinləşdirə bilər. Daha effektiv yanaşma kimi kredit şərtlərinin maksimum şəffaflaşdırılması, effektiv illik faiz dərəcəsinin açıq göstərilməsi, məsuliyyətli kreditləşmə standartlarının gücləndirilməsi və vətəndaşların maliyyə savadlılığının artırılması daha məqsədəuyğun görünür. Eyni zamanda nəzarət orqanları xüsusilə yüksək riskli istehlak kreditləri üzrə monitorinq mexanizmlərini gücləndirməlidir ki, bazarda həm vətəndaşların hüquqları qorunsun, həm də maliyyə əlçatanlığı tam məhdudlaşmasın”.

Son xəbərlər