Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

Kiçik sahibkarlıq zəiflədikcə bahalaşma artır

25.05.2026 12:54 498
Kiçik sahibkarlıq zəiflədikcə bahalaşma artır
Son dövrlərdə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bəzi məhsul və xidmətlərdə qiymət artımı müşahidə olunur. Bu vəziyyət əhalinin alıcılıq qabiliyyətinə birbaşa təsir göstərir. Xüsusilə ərzaq və kommunal xidmətlərdə dəyişikliklər daha çox hiss olunur.

İqtisadi sabitliyin qorunması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar İctimai Birliyinin Prezidenti
İlqar Hüseynli
bildirib ki, bütün dünya dövlətlərində iqtisadi artım, xüsusən də ərzaq və digər məsələlərlə bağlı yaranan iqtisadi disbalans baş verir.
İlqar Hüseynlinin sözlərinə görə, bu, bilavasitə ümumdaxili məhsulun artımı və ya azalması faktorlarına bağlıdır. İqtisadi templərin, tendensiyaların, eyni zamanda likvidliyin və rentavelliyin artması, nəticəsi olaraq da iqtisadi artımda irəliləyişlərə gətirib çıxarması ilə bağlı olan ciddi məsələlərdir.

İ. Hüseynli əlavə edib ki, iqtisadi sabitliyin qorunması daxili bazarda istehsal prosesləri ilə bağlıdır. Həmçinin, ölkənin idxaldan, xarici məhsulların idxalından azad olmasına bilavasitə bağlıdır.

"Dünyada baş verən qlobal proseslər Azərbaycanın da iqtisadi sabitliyinin oynaması ilə nəticələnir. Bir ay öncə İran və ABŞ arasında baş verən konfliktin Azərbaycan iqtisadiyyatına vura biləcəyi təsirlərlə bağlı fikir söyləmişdik. Düzdür, ölkəyə valyuta axını var, neftin qiymətində bahalaşma müşahidə olunur, lakin bu bahalaşma o demək deyil ki, Azərbaycanda iqtisadi proseslərdə tamamilə sabitləşmə və irəliləyiş ola bilər, xeyr, — deyə sədr qeyd edib.

Hüseynlinin fikrincə, dünya bazarında neft qiymətinin qalxması iqtisadi amillərlə təsir edən çox önəmli bir faktordur. Xüsusən də bahalaşmaya gətirib çıxaran bir nüansdır. Bizim də istehlak mallarımızın Azərbaycana idxalı bilavasitə xarici bazarlara söykənir. Məsələn, dünya bazarlarında neftin qiyməti bahalaşırsa, bu o deməkdir ki, Çində, digər Avropa ölkələrində neft-qaz, enerjidən asılı olan dövlətlərin istehsal etdiyi istehlak mallarının qiymətində kifayət qədər bahalaşmaya səbəb olacaq.

Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar İctimai Birliyinin Prezidenti sonda vurğulayıb ki, Hörmüz boğazının bağlanması daşınma xərclərini artıracaq və nəticə etibarilə də bütün dünyada istehlak mallarının hansı ölkələr ki, idxaldan asılıdırsa onun artımına gətirib çıxaracaq. Azərbaycanda da bu artımı artıq müşahidə edirik. Əgər bu daşınmalar bir ay, ay yarım zaman alırdısa, indi isə istehlak mallarının qiymətlərində artımını görürük. Yəni, stabilliyin qorunması üçün illərdir deyirik ki, ölkənin daxili istehsal imkanlarını gücləndirmək lazımdır. Ölkədə kiçik və orta sahibkarlıq dəstəklənməlidir. Və onun maliyyə əlçatanlığı təmin olunmalıdır. Banklardan kreditlərin əldə edilməsi imkanı sadələşdirilməki, kredit faizləri minimum həddə endirilməlidir ki, kiçik-orta sahibkarlıq inkişaf etsin. Dünyanın inkişaf etmiş ölkələrində daxili məhsulun əksər hissəsi təxminən 60-65 faizə yaxını kiçik və orta sahibkarlıqdan formalaşır. Amma əfsuslar olsun ki, bunu Azərbaycan haqqında demək mümkün deyil. Çünki bizim ümumdaxili məhsulumuz neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına formalaşır. Bu da kiçik və orta sahibkarlığın inkişafında önəmli rol oynaya bilmir. Bu baxımdan biz, ərzaq və digər təminatları idxaldan asılılığı aradan qaldırmasaq, bu proses bu cür də davam edəcək.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner