Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Sərdar və Qurbanqulu Berdiməhəmmədovlar İlham Əliyevi təbrik etdilər

25.05.2026 12:17 489
Sərdar və Qurbanqulu Berdiməhəmmədovlar İlham Əliyevi təbrik etdilər
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Median.Az
President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan hazırda sürətlə inkişaf edir, iqtisadiyyat, infrastruktur və mədəniyyət sahələrində ciddi nailiyyətlər nümayiş etdirir, həmçinin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.

Böyük məmnunluqla qeyd edirəm ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri getdikcə dinamik və ardıcıl xarakter alır. Xalqlarımızın rifahı naminə sıx əməkdaşlığımızı davam etdirməyə hazır olduğumuzu bildiririk.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".

Bundan başqa, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da dövlətimizin başçısını təbrik edib.

Təbrik məktubunda deyilir:

"Sizi və qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edən Türkmənistan-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığının yüksək səviyyəsini böyük məmnunluqla qeyd edirəm. Qəti əminəm ki, münasibətlərimiz iki qardaş xalqın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti vəzifənizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzulayıram".

Son xəbərlər