Mojo.az Banner
23:00 Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb  |     22:51 Almaniyada tramvay qəzasında 27 nəfər xəsarət alıb  |     22:43 Alimentə görə həbs edilənlərin sayı açıqlandı  |     22:38 Xəzərin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil - Nazir  |     22:29 Bazar gününə olan hava proqnozu  |     22:24 Sumqayıtda qanunsuz tikili söküldü - Video  |     22:16 Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO  |     22:11 Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video  |     22:03 Maaşların ödəniş qaydası dəyişir — Artıq aylıq verilməyəcək  |     21:55 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb  |     21:50 İranda internetə çıxış 84 gündür ki, yoxdur  |     21:43 Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb  |     21:36 Muğlada zəlzələ olub  |     21:30 SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO  |     21:19 AZAL-a dəymiş zərər Rusiya tərəfindən kompensasiya ediləcək  |     21:06 Sevgi həyatında böyük dönüş yaşayacaq bürclər  |     21:00 Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı  |     20:50 Aida Quliyeva vəfat etdi  |     20:42 Cəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək  |     20:36 Bu 5 bürcün bütün işləri yağ kimi gedəcək  |    
Left Banner
Right Banner

Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO

23.05.2026 22:16 114
Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO
Bakı-Tbilisi qatarına kassadan ilk bilet alan sərnişinin Azərbaycan Dəmir Yollarının (ADY) əməkdaşı olması ilə bağlı məlumatlar yayılıb.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkə paylaşımlarında bununla ADY-nin ucuz piar kampaniyası apardığı, situasiyanı imitasiya etdiyi iddia olunur.

Məsələ ilə əlaqədar ADY-nin Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Bəxtiyar Hacıyev yayılan məlumatı təkzib etdi və bildirdi ki, təmsil etdiyi qurumun belə kampaniyaya ehtiyacı yoxdur:“Azərbaycan Dəmir Yolları kifayət qədər ciddi və etikalı bir qurumdur. Onun bu cür piara heç bir halda ehtiyacı yoxdur. Əgər bizim belə bir niyyətimiz olsaydı, işi daha peşəkar şəkildə həyata keçirərdik. Baxanda görünür ki, burada sadəcə bir telefonla, əməkdaşlarımız tərəfindən çəkilən şəkillərdir. Emosiyalar və ilk sərnişin olması xüsusilə xoşlarına gəlir və çəkirlər.

İkinci bir məsələ, əgər biz belə bir şey etmiş olsaydıq, niyə əməkdaşımızı çəkirdik, nə qədər müxtəlif sahələrdə çalışan adamlar var. Elə bizim 14 min əməkdaşımız var, o əməkdaşlarımızdan birininin ailə üzvünü gətirərdik, niyə məhz öz əməkdaşımızı çəkirdik? Bu, kifayət qədər gülünc iddiadır.

Bizdə bilet satış sistemi açılmamışdan sistemdə Tbilisi əlavə olunmuşdu. Bunu görən sərnişinlər elə biliblər ki, saytda problem var, bilet almaq mümkün deyil, bəziləri hətta günorta saatlarından durub kassaya gəlmişdilər. Bu xanım da kassaya elə gələnlərdən biri idi. Sadəcə gəldi, növbədə oldu və bileti kassadan birinci alan sərnişin oldu. Onu görən əməkdaşlar da telefonla çəkdilər.
Bu cür iddialar heç bir halda həqiqətə uyğun deyil”.

B.Hacıyev həmçinin əlavə edib ki, sözügedən istiqamətə artıq 3000 bilet satılıb. Hətta bəzi reyslər tamamilə dolub.

Qeyd edək ki, mayın 26-dan Bakı-Tbilisi istiqamətində qatar reysi açılır. Reysdə komfort tipli vaqonlarda 81, comfort+ tipli vaqonlarda 117 və lüks tipli vaqonlarda 180 AZN-dən başlanan qiymətlər müəyyən edilib. Qiymətə 23 kq-a qədər əl yükü daxildir.скачать dle 11.3
Mojo.az Banner