Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputatlar maaşlarının artırılması xəbərini təkzib edirlər

06.03.2019 17:17 1 779
Deputatlar maaşlarının artırılması xəbərini təkzib edirlər
Bu gün bir sıra media orqanlarında yeni ildən millət vəkillərinin əməkhaqları ilə yanaşı, ezamiyyət xərclərinin artırılmasına dair xəbərlər yayılıb.

Yayılan xəbərlərə görə, millət vəkillərinin ezamiyyət xərclərinin aldıqları əməkhaqlarının 100 faizinə qədər yüksəldiyi və hazırda deputatların orta hesabla 5 000 manatdan artıq maaş aldıqları iddia olunur.

Oxu.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə əlaqə saxlayıb.

O, bu məsələdən, ümumiyyətlə, xəbərsiz olduğunu deyib.

“Çox istərdim ki, artım olsun. Amma düzünü deyim ki, bu məsələni birinci dəfədir eşidirəm. Əgər belə bir məsələ olsaydı, yəqin ki, eşidərdik”.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz növbəsində yayılan xəbərləri təkzib edib:

“Belə bir məsələ yoxdur. Ancaq gələcəkdə olması da istisna deyil. Çünki bir çox sahələrdə əməkhaqqı artımları baş veribsə, parlamentdə də ola bilər. Amma hələlik heç bir artım yoxdur”.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də millət vəkillərinin əməkhaqlarında artımların baş verməsi ilə bağlı deyilənlərin həqiqət olmadığını diqqətə çatdırıb:

“Hansı 5000 manatdan söhbət gedir? Hamısı yalandır, belə bir məsələ yoxdur”.

Son xəbərlər