Mojo.az Banner
16:55 Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu (VİDEO)  |     16:47 40 yaşlı Ledi Qaqa ilk dəfə ana oldu  |     16:42 1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı  |     16:34 Bu yay dənizdə batan tanınmış azərbaycanlılar (SİYAHI)  |     16:28 Daha çox su içdikdə orqanizmdə hiss edəcəyiniz 5 dəyişiklik (ARAŞDIRMA)  |     16:23 Ötən gün 9 odlu silah aşkarlanıb  |     16:15 Ətirli yoqurtlar qanda şəkərin səviyyəsinə necə təsir edir?  |     16:10 34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı  |     16:03 Cinayətdə şübhəli bilinən 45 nəfər saxlanıldı  |     15:58 Krımda 45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - FOTO  |     15:53 Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - VİDEO  |     15:46 Ağdərədə atla minaya düşən şəxs danışdı - VİDEO  |     15:42 Bakıda dostların zarafatı məhkəmədə bitdi  |     15:34 "Real Madrid" onunla bağlı son qərarını verdi  |     15:29 Bu şəxslərin maaşı 35 faiz artacaq  |     15:23 Bu sahədə maaşlar 4 min manatdan yuxarıdır  |     14:56 Hikmət Hacıyev erməni saxtakarlığını belə ifşa etdi - VİDEO  |     14:54 Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb  |     14:39 Yol polisi sürücülərə müraciət etdi  |     14:29 Qayınanası şillə vurduğu üçün arvadını boğdu - Ağstafadakı dəhşətli cinayətin təfərrüatı  |    
Mojo.az Avto
Mojo.az Avto

SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO

23.05.2026 21:30 375
SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO
SAT imtahanlarında saxtakarlıq hallarına yol verildiyi iddia olunur.

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə müsahibələrinin birində bu növ halların mövcudluğunu təsdiqləyib. Xanım sədr bildirib ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında 20-30 bal toplaya bilməyən abituriyentlər beynəlxalq SAT imtahanında maksimum nəticə göstərirlər.

Qurum rəhbərinin sözlərinə görə, bu cür kəskin fərq real ola bilməz. Çünki SAT imtahanının riyaziyyat bloku daha mürəkkəbdir və yerli imtahanlarda minimum nəticə göstərənlərin bu sınaqdan ən yüksək bal alması normal görünmür.

Təhsil eksperti Elçin Əfəndi də Baku TV-yə açıqlamasında mövzu ilə bağlı ciddi məqamlara toxunub. O bildirib ki, bəzi şəxslər imtahan suallarını qanunsuz yollarla əldə edirlər:

"Biz dəfələrlə müşahidə etmişik ki, eyni imtahan sualları yaxın region ölkələrində fərqli tarixlərdə keçirilərkən, prosesin təşkilində iştirak edən şəxslər və ya digər vasitəçilər tərəfindən öncədən satılır. Bəzi hallarda Azərbaycan vətəndaşlarının qəsdən qonşu ölkələrdə təşkil olunan SAT imtahanlarına yönləndirildiklərini və ya orada imtahan verməkdə maraqlı olduqlarını görürük. Bu da ondan xəbər verir ki, həmin şəxslər suallarla öncədən tanışdırlar.

Məsələn, 2024 və 2025-ci illərdə qonşu Gürcüstanda təşkil edilən SAT imtahanlarının nəticələri rəsmi olaraq tanınmadı. Məlum oldu ki, buna səbəb imtahan suallarının sızdırılması olub", - deyə ekspert qeyd edib.
скачать dle 11.3
Mojo.az Banner