Mojo.az Banner
17:49 "Uşaq puluna yanaşma insanların tənbəlliyi ilə ölçülən məsələ deyil" - İqtisadçı  |     17:44 Tanınmış reper vəfat etdi  |     17:38 Bilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi  |     17:33 Arzunu öldürən əri psixiatriya xəstəxanasına yerləşdirilməsini istəyir - Foto  |     17:24 May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb  |     17:19 Qurban kəsmək qadağan edildi - Bu ölkədə  |     17:11 Wi-Fi problemi yaşayanların nəzərinə  |     17:08 Yasamalda 3 nəfərin ölümünə səbəb olan klinika rəhbərinin məhkəməsi başlayır  |     16:55 Bayram ərəfəsində rayonlarda günlük kirayə evlərə tələb artıb: Qiymətlər bəlli oldu - Video  |     16:53 "GTA VI"nın yekun buraxılış tarixi açıqlandı  |     16:41 David Alaba "Real Madrid"dən ayrılır  |     16:39 Gündəlik, aylıq və illik biletlər: Avtobus və metroda yeni ödəniş sistemi (Video)  |     16:30 Braziliya ətinə qadağa: Azərbaycan hansı qərarı verəcək? - VİDEO  |     16:28 Ermənistanda seçicilərə rüşvət verən 20-dən çox şəxs saxlanıldı  |     15:28 Joze Mourinyonun "Real Madrid"ə qayıdışı təxirə salındı - SƏBƏB  |     15:00 Elza Seyidcahan oxucularını təhqir etdi  |     14:56 "Green card" qaydalarında dəyişiklik edildi  |     14:55 Uqandada Ebola virusuna yoluxanların sayı beşə çatdı  |     14:28 Sudan qanunsuz istifadəyə görə hansı hallarda cinayət işi açılır? - Sədr müavini AÇIQLADI  |     14:20 Sədr müavini Bakıdakı subasmaların səbəbini AÇIQLADI  |    
Left Banner
Right Banner

Bayram ərəfəsində rayonlarda günlük kirayə evlərə tələb artıb: Qiymətlər bəlli oldu - Video

23.05.2026 16:55 192
Bayram ərəfəsində rayonlarda günlük kirayə evlərə tələb artıb: Qiymətlər bəlli oldu - Video
Qurban bayramı ilə əlaqədar rayonlara axın edən turistlərin günlük kirayə evlərə üstünlük verməsi bölgələrdə qiymət artımına səbəb olub.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıda kirayə evlərə tələbat xüsusilə yüksəkdir. Yerli sahibkarların sözlərinə görə, artıq yerlərin 90%-i rezerv olunub. Qiymətlərdə ötən illə müqayisədə 50-60 manatlıq fərq müşahidə edilir. Evlərin şəraitindən (həyətyanı sahə, hovuz və s.) asılı olaraq qiymətlərdə 20-30 manatlıq dəyişikliklər qeydə alınır.

Lənkəranda isə vəziyyət fərqlidir. Əvvəlki illərlə müqayisədə zənglərin sayında azalma müşahidə olunur. Burada qiymətlər evlərin şəraitinə görə dəyişir:

Sadə evlər: 50-60 manat;

Bağ evləri: 80-100 manat;

Hovuzlu evlər: 100-300 manat aralığında dəyişir.

Zaqatalada isə qiymətlər nisbətən daha münasibdir. Burada 30 manatdan başlayaraq 80 manata qədər müxtəlif büdcəyə uyğun evlər tapmaq mümkündür. Ərazidəki hotellərdə də bayram hazırlıqları görülür və qiymətlər 40-100 manat arasında dəyişir.

Turizm sektorunda çalışanların verdiyi məlumata görə, bayram günləri yaxınlaşdıqca rezervasiya üçün boş yerlərin sayı sürətlə azalır.
скачать dle 11.3
Mojo.az Banner